Rusiyanın Kalmıkiya Respublikası kalmıkların sovet lideri Josef Stalin tərəfindən Sibirə kütləvi deportasiyasının 74-cü ildönümünü qeyd edir.
Dekabrın 28-də Kalmıkiyanın buddist məbədlərində 1943-1956-cı illərdə deportasiya nəticəsində həlak olanların xatirəsi anılıb.
Rəsmilər, vətəndaşlar Kalmıkiyanın paytaxtı Elistadakı xatirə kompleksini də ziyarət ediblər.
Monqolca danışan, əsasən buddist olan kalmıklar 1940-cı illərdə Stalin deportasiyasına məruz qalmış etnik qruplardandır.
1943-cü il dekabrın 28-29-da 90 mindən çox kalmık Sibirə göndərilib, sovet hökuməti onları nasist Almaniyasıyla əməkdaşlıqda ittiham edib.