Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:34

Nazir: Manata etimad bərpa olunub


Samir Şərifov

«Artıq 11 ayın yekunlarına görə, iqtisadiyyatda sabitləşmə baş verib və əvvəlki illə müqayisədə ölkənin iqtisadi vəziyyəti daha sabitdir».

Maliyyə naziri Samir Şərifov bunu AzTV-yə müsahibəsində bildirib.

Nazir hesab edir ki, 2017-ci il Azərbaycan iqtisadiyyatına uğurlu olub.

S.Şərifov həmçinin deyib ki, 2017-ci ildə ölkə 2015-2016-cı illərdə xarici şokların doğurduğu problemlərin həlli ilə məşğul olub.

«Artıq məmnunluqla qeyd etmək olar ki, prezident İlham Əliyevin apardığı məqsədyönlü tədbirlər öz nəticələrini verib», - S.Şərifov əlavə edib.

Nazir vurğulayıb ki, manatın məzənnəsi sabitləşib. Manat ilin əvvəli ilə müqayisədə təxminən 3.4, fevral ayı ilə müqayisədə isə 10 faizdən çox möhkəmlənib.

Xatırlatma

Ancaq müstəqil iqtisadçılar böhranın ardan qalxması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, bu il də ümumi daxili məhsulda azalma davam edib. Üstəlik, ümumilikdə sənayedə də geriləmə var.

Müstəqil iqtisadçılar həmçinin vurğulayırlar ki, manatın məzənnəsi inzibati yollarla müəyyən edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG