Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:56

Dövlət qulluğuna 3 mindən çox namizəd imtahan verib


Məleykə Abbaszadə

2017-ci ilin noyabr, dekabr aylarında inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbulla bağlı keçirilən ilk test imtahanlarında 3 mindən artıq namizəd iştirak edib. Onlardan ümumilikdə 1004 namizəd sertifikat əldə etmək hüququ qazanıb.

Bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məlumat verib. O, DİM-in Direktorlar Şurasının iclasında çıxış edib.

Bu haqda DİM-in bu gün, dekabrın 26-sı yaydığı məlumatda bildirilir.

M.Abbaszadənin bildirdiyinə görə, inzibati vəzifələrin A və B növləri üzrə müsabiqənin müsahibə mərhələsinə dövlət orqanları 1461 vakant vəzifə təqdim ediblər.

Toplantıda həmçinin, 2017-2018-ci tədris ili üzrə ali, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında ölkə prezidentinə təqdim olunacaq illik hesabat barədə məlumat verilib.

Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyətinə dair hesabatın da hazırlanacağı və ölkə prezidentinə təqdim olunacağı qeyd olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG