Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

GRU “trol fabriki”ni necə yaradıb


Trollar. Foto illüstrasiya
Trollar. Foto illüstrasiya

Rusiyanın Baş Kəşfiyyat İdarəsi – GRU, Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in ölkədən qaçışından sonra sosial mediada və aparıcı ingilisdilli medianın şərhlər bölümündə təbliğat kampaniyası başladıb. Bunu “Washington Post” qəzeti xüsusi xidmətin gizli hesabatına istinadla yazıb.

“Nastoyashee Vremya” qəzetə istinadla qeyd edir ki, hesabat xüsusi xidmət əməkdaşlarının Ukraynadakı Avromaydan hərəkatının 21-22 fevral tarixlərində qələbə çalmasından Krımın anneksiyasına qədər qısa müddət ərzində gördüyü işləri əhatələyir. Əməliyyatın məqsədi həm qərar qəbul edən insanlara, həm də geniş ictimaiyyətə təsir göstərərək Krım parlamentinin binasının tutulmasına zəmin hazırlamaq idi.

*** Buna da bax: Kremlin “yeddibaşlı kibertəbliğat əjdahası”

SAXTA HESABLAR

GRU əməkdaşları sosial şəbəkələrdə saxta hesablar açıblar. Özlərini sıravi adamlar kimi təqdim edən personajlar əvvəlcə Maydan etirazlarını dəstəkləyiblər, sonradan guya ondan məyus olublar.

Hesabata görə, GRU sosial şəbəkədəki 30-dək Ukrayna qrupunu, həmçinin 25 “aparıcı ingilisdilli” medianı hədəfləyib.

Qəzet saxta personajlardan biri olan “İvan Galitsın”dən söz açır. O, Britaniya qəzetində dərc olunmuş məqaləyə şərh yazıb. “Galitsın” oxuculara izah edir ki, “Ukraynada çevriliş olub”.

Kiyevdə yaşayıram. Maydanda olmuşam, amma dinc aksiya iki ay öncə bitib, onu silahlı millətçilər sıxışdırıb. Bu, dəhşətdir. İkinci dünya müharibəsindən 70 il sonra faşistlər yenə qayıdıblar. Ukraynaвфт хекц belə bir gələcək istəmirəm”, – “Galitsın” yazıb.

GRU trolları ukraynalılara müraciətdə spesifik leksikondan yararlanaraq vətəndaşları bir-birinə qarşı qaldırıblar. Onlar etirazçıları “qərbçilər”, “nasistlər”, “faşistlər” adlandırıblar.

SONUCDA DƏSTƏK QAZANILIB

Hesabatda o da deyilir ki, saxta hesablardan Ukraynanın şərqində yaşayan rusdilli əhaliyə təhdidlər də səsləndirilib. Təhdidlər Yanukovych-i dəstəkləyən siyasətçiləri də hədəfə alıb.

*** Buna da bax: Facebook Rusiyanın müdaxiləsinə sübut tapmadı, tənqid olundu

Krımda parlament binası tutulandan sonra GRU Facebook və VKontakte-də dörd qrup yaradaraq yarımadanın Rusiya tərəfindən ilhaqını dəstəkləyib.

Facebook hesablarımız vasitəsiylə biz şərhlər yayaraq Krım əhalisini nasist təşkilatlardan gözlənən hədələrdən xəbərdar edirdik”, – qəzet GRU-nun hesabatına istinadla yazıb.

Məqalədə hesabata istinadla qeyd olunur ki, “sosial şəbəkə istifadəçilərinin əksəriyyəti dərc olunan arqumentlərə razılaşaraq müəlliflərin mövqeyini dəstəkləyib”

Rusiya 2014-cü ilin martında Krımı ilhaq edib. Beynəlxalq qurumlar bu anneksiyanı qanunsuz sayaraq Rusiyanı ittiham ediblər. Qərb ölkələri Moskvaya iqtisadi sanksiyalar qoyublar. Kreml yarımadanın ilhaqını inkar edir, bunu “tarixi ədalətin bərpası” adlandırır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG