Keçid linkləri

2025, 11 İyul, Cümə, Bakı vaxtı 13:59

Facebook Rusiyanın müdaxiləsinə sübut tapmadı, tənqid olundu


Brexit-ə qarşı çıxan etirazçılar, noyabr, 2017-ci il
Brexit-ə qarşı çıxan etirazçılar, noyabr, 2017-ci il

Britaniyalı deputat Facebook sosial şəbəkəsini Rusiyanın ötənilki Brexit səsverməsinə müdaxilə cəhdlərini hərtərəfli araşdıra bilmədiyinə görə tənqid edib. Sosial media nəhəngi yalnız üç şübhəli reklam aşkarladığını bildirindən sonra tənqid atəşinə tuş gəlib.

Ötən ilin mayında Britaniyada keçirilən referendumda ölkənin Avropa Birliyindən (AB) çıxmasına tərəfdar olanlar üstünlük qazandılar.

Britaniya parlamentinin mədəniyyət və media komitəsinin sədri Damian Collins dekabrın 13-də deyib ki, Facebook təhqiqatını reklamların bir mənbəyi – İnternet Tədqiqat Agentliyi ilə məhdudlaşdırıb. ABŞ kəşfiyyat agentlikləri Sankt Peterburqda yerləşən bu trol fabriki vasitəsiylə Rusiya hökumətinin ötən il ABŞ-da prezident seçkisinə təsir göstərməyə çalışdığını bildirirlər.

*** Buna da bax: “Brexit” danışıqları yeni mərhələyə hazırdır​

“YAXŞI AXTARMAYIB”

Görünür, Facebook Rusiyanın dəstəklədiyi agentliklərə bağlı ola biləcək, AB referendum zamanı fəallıq göstərmiş digər saxta hesabları, yaxud səhifələri axtarmağa çalışmayıb”, – Collins deyib.

O, Facebook-dan bir daha dərin araşdırma aparmağı xahiş edib. Facebook Collins-in dedikləri ilə razılaşmayıb, onun xahişinə “çox ciddi” yanaşdığını vurğulayıb.

Britaniya Seçki Komissiyasına məktubunda Facebook yazıb ki, İnternet Tədqiqat Agentliyinə bağlı 470 hesab tapıb, ancaq agentlik Brexit kampaniyası dövründə britaniyalıların gördüyü üçcə reklama 97 sent qoyub.

Facebook bildirib ki, hər üç reklam ABŞ izləyicilərini hədəfləyib, immiqrasiyayla bağlı olub, Brexit-lə deyil.

İmmiqrasiya həm Brexit səsverməsində, həm də ötən il ABŞ-da prezident seçkisində əsas dartışma mövzularından idi.

Araşdırmaçıların fikrincə, İnternet Tədqiqat Agentliyində yüzlərlə adam çalışır, immiqrasiya kimi ictimai baxımdan bölücülük yaradan məsələlərlə bağlı content yerləşdirirlər.

*** Buna da bax: Britaniyalıların yarısı ikinci Brexit səsverməsi istəyir​

DİGƏR TƏDQİQAT DA DƏLİL TAPMAYIB

Facebook-un bu ilin əvvəlində açıqladığı rəqəmlərə görə, prezident kampaniyası dövründə Rusiyadan gələn reklam və postları 126 milyon amerikalı görüb, həmin mesajlarda mühacirlər cinayətkarlıq və itirilmiş iş yerləriylə əlaqələndirilib.

Rusiya isə nə Brexit, nə də ABŞ seçkisinə müdaxilə etdiyini deyir.

Facebook ABŞ seçkisinə təsir göstərmək məqsədiylə rusiyalı əməliyyatçıların reklama 100 min dollar xərclədiyini bildirmişdi.

“The New York Times” dekabrın 13-də yazıb ki, Oxford İnternet İnstitutu da tezliklə bir tədqiqat açıqlayacaq. Həmin tədqiqatda da Rusiyanın Twitter və YouTube vasitəsiylə Brexit-ə təsirinə dair çox az dəlil tapıldığı bildirilir.

The Times Rusiyanın ingilisdilli SputnikRT media orqanlarının Brexit vaxtı çox fəal olduğunu, blokdan çıxmağa çağıran Britaniya partiyalarının gündəmini yaydığını qeyd edib.

XS
SM
MD
LG