Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:54

Qırğızıstan prezidenti Qazaxıstana gedir


Sooronbai Jeenbekov (sağda) və Qazaxıstanın baş nazir müavini Askar Mamin

Qırğızıstan prezidenti Sooronbai Jeenbekov-un qonşu Qazaxıstana rəsmi səfəri başlanıb. Bu səfər ikitərəfli münasibətlərin gərgin dönəminə təsadüf edir.

Dekabrın 25-də Astanaya çatan Jeenbekov-un qazaxıstanlı həmkarı Nursultan Nazarbaev, baş nazir Bakytzhan Sagintaev-lə görüşləri planlaşdırılır.

Jeenbekov-un sələfi Almazbek Atambaev Qazaxıstanı Qırğızıstanda 15 oktyabr prezident seçkisinə müdaxilədə ittiham edəndən sonra münasibətlər gərginləşib. O, həmçinin Nazarbaev-i uzun müddət prezident postunda qaldığına görə tənqid etmişdi.

Atambaev Qazaxıstan hakimiyyətini prezidentliyə namizədlərdən Omurbek Babanov-a açıq dəstək verməklə Qırğızıstanın daxili işlərinə müdaxilədə ittiham edirdi. Babanov Atambaev-in dəstəklədiyi namizəd Jeenbekov-un əsas rəqibiydi.

Qazaxıstansa ittihamları rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG