Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:21

Qvatemala da səfirliyini Qüdsə köçürəcəyini deyir


Fələstində etiraz aksiyası, 22 dekabr, 2017-ci il

Qvatemala prezidenti Jimmy Morales deyib ki, ölkəsinin İsraildəki səfirliyi Qüdsə köçürüləcək. Daha öncə Birləşmiş Ştatlar Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliyin Təl Əvivdən bu şəhərə köçürüləcəyini bildirib.

Morales dekabrın 24-də deyib ki, səfirliyin köçürülməsi qərarını həmin gün İsrailin baş naziri Benjamin Netanyahu ilə danışandan sonra verib.

ABŞ prezidenti Donald Trump-ın qərarı ərəb dünyasını, eləcə də öz müttəfiqlərini qəzəbləndirmişdi.

BMT Baş Assambleyası dekabrın 21-də qəbul etdiyi qətnamə layihəsində Vaşinqtonun Qüdslə bağlı qərarını rədd edib.

ABŞ-dan maliyyə yardımı alan Qvatemala qətnamənin əleyhinə səs verən yeddi ölkədən biri olub.

Trump qətnamənin lehinə səs verən ölkələrə maliyyə yardımını kəsəcəyi ilə hədələmişdi.

Fələstinlilər də Qüdsü gələcək dövlətlərinin paytaxtı hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG