Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:35

Navalny sənədlərini seçki komissiyasına təqdim edib


Aleksei Navalny
Aleksei Navalny

Rusiyada antikorrupsiya fəalı və müxalifət siyasətçisi Aleksei Navalny prezidentliyə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

“Bizsiz seçki, seçki deyil”, – Navalny dekabrın 24-də sənədlərini təqdim etməmişdən deyib.

“İndiki hakimiyyətlə mübarizə aparmağa qadirik. Əsas tələbimiz seçkiyə buraxılmaqdır”, – o, komissiyanın binasından çıxandan sonra reportyorlara söyləyib.

XÜSUSİ İCAZƏ VERİLƏRSƏ...

Kremlin tənqidçisi olan Navalny-yə ittiham mövcud olduğundan onun gələn ilin martında keçiriləcək seçkiyə buraxılmayacağı bildirilir. Amma bu ittiham ləğv olunsa, yaxud ona xüsusi icazə verilsə, seçkiyə buraxıla bilər.

Seçki komissiyası beş gün ərzində Navalny-nin qeydiyyatı barədə qərarını verməlidir.

*** Buna da bax: Putin Navalny-yə "Rusiyanın Saakashvilisi" deyir

Navalny dekabrın 24-də deyib ki, seçkiyə buraxılmaqdan ötrü yetərincə dəstək qazanıb. Onun tərəfdarları Rusiyanın 20 şəhərində yürüşlər keçirib və 15 min imza topladıqlarını bildiriblər.

Moskvada yürüşdə Navalny Rusiya lideri Vladimir Putin-i “pis prezident” adlandırıb.

“Ölkəmizi özünüzün, ailənizin və dostlarınızın şəxsi varlanma mənbəyinə çevirən sizsiniz, Vladimir Putin. Ona görə də daha prezident olmamalısınız”, – Navalny deyib.

Moskvada nəhəng çadırda keçirilən rəsmi dəstək tədbirinə Navalny-nin 800-dək tərəfdarı toplaşıb və 742 nəfəri ona imzasını verib.

Qanuna görə, 20 şəhərin hər birində ona 500 təsdiq lazımdır.

Oxşar tədbirlər 19 şəhərdə də keçirilib.

Sankt Peterburqda, Həştərxanda Navalny tərəfdarlarına təzyiq göstərildiyi bildirilir.

Ancaq müxalifətçi Twitter-də yazıb ki, gərəkən imzaları toplayıb: “Seçici qruplarının irəli sürdüyü rəsmi namizədəm. Ölkənin bütün guşələrində bu kampaniyaya qoşulanlara təşəkkür edirəm”.

YASHİN-Ə DƏSTƏK

Navalny Moskvanın Krasnoselsky rayonunun bələdiyyə deputatı, müxalifət yönümlü Ilya Yashin-in keçirdiyi icazəsiz tədbiri də dəstəkləyib. Yashin mərhum müxalifət lideri Boris Nemtsov-un müttəfiqi idi.

*** Buna da bax: Vladimir Putin və 'emblem' qadınlar

Bu tədbirlər müxalifətin saxta adlandırdığı, 2011-ci il Dövlət Dumasına seçkilərdən sonrakı kütləvi etirazların ildönümünə düşüb. Etirazların kulminasiyası 2012-ci il mayın 6-na təsadüf edib. Putin-in üçüncü müddətə prezidentliyə andiçmə mərasimindən öncəyə düşən bu etirazlarda yüzlərlə adam saxlanıb.

Digər namizədlər də seçkiyə namizədliklərinin qeydə alınmasından ötrü sənədlərini təqdim ediblər. Ancaq tənqidçilərin fikrincə, Kreml seçkiyə demokratik don geyindirmək üçün bəzi opponentlərə özü meydan verir.

Ədalətli Rusiya partiyasından potensial namizəd Sergei Mironov dekabrın 24-də deyib ki, partiyası Putin-i dəstəkləyəcək, özünün namizədi olmayacaq.

Atası Putin-in müəllimi olmuş tanınmış teleaparıcı Ksenia Sobchak da namizədliyini verməyi planlaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG