Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:59

Rusiya şərqdə radar işə salır


Arxiv fotosu
Arxiv fotosu

Rusiya cənub-şərq sərhədi yaxınlığında raket hücumlarının aşkarlanmasından ötrü üç yeni radar stansiyası işə salıb. Buraya onun Şimali Koreyayla sərhədi də daxildir. Qeyd edək ki, Pxenyanın davamlı raket sınaqları mümkün münaqişə qorxusu yaradıb.

Rusiya hava qüvvələrinin komandir müavini Aleksandr Golovko deyib ki, “tarixdə ilk dəfə olaraq”, Krasnoyarsk, Altay və Orenburq regionlarında raket hücumlarını aşkarlayacaq yeni Voronej radar stansiyaları üçlüyü yaradılıb. Məlumatı dekabrın 20-də Müdafiə Nazirliyinin “Krasnaya Zvezda” qəzeti yayıb.

*** Buna da bax: McMaster Pxenyanın nüvəsizləşdirilməsindən danışır

Yeni radar stansiyalarının hamısı Rusiyanın Qazaxıstan və Monqolustanla sərhədləri yaxınlığındadır, 6 min kilometrlik məsafəni əhatələyir. Yəni buraya Koreya yarımadası və Rusiyanın Sakit Okean sahillərinin bəzi hissələri də daxildir.

Kreml qərb sərhədlərini əhatələyən Voronezh-DM radar sistemini 2011-ci ildə işə salıb. 2005-ci ildən sovet dövründən qalma radar sistemlərini dəyişir.

KONKRET ÖLKƏ ADI ÇƏKİLMİR, AMMA...

Sankt Peterburq və Kalininqrad regionlarında iki Voronezh-tipli stansiya var, biri isə Ukrayna yaxınlığında, Krasnodarda yerləşir. 2019-cu ildə Rusiyanın uzaq şimal regionunda yeni radar stansiyasının açılması planlaşdırılır.

Moskva yeni qurğuları bu il sınaqdan keçirib. Müdafiə Nazirliyi elan edib ki, Krasnoyarskdakı sistem şimal-şərqi Sakit Okean regionunda buraxılan altı ballistik raket tutub.

*** Buna da bax: ABŞ Şimali Koreyayla bağlı yumşalma sərgiləyir

Golovko hədə kimi konkret ölkə adı çəkməyib. Ancaq bu radarların işə salınnması Şimali Koreyanın bu il davamlı nüvə bombaları və ballistik raket sınaqları keçirməsiylə eyni dönəmə təsadüf edir.

Rusiya Pxenyanın nüvə silahları ambisiyalarını pisləyib, amma eyni zamanda Vaşinqtonun Şimali Koreyanı təhrik etdiyini deyib, Pxenyanla Vaşinqtonu birbaşa dialoqa çağırıb.

Rusiya indiyədək bir neçə dəfə xəbərdarlıq edib ki, Koreya yarımadasında müharibə başlarsa, ona hazırlıq görür.

Kremlin baş təhlükəsizlik müşaviri bu ilin əvvəlində deyib ki, Moskvanın əsas hədəfi müharibədən qaçmaqdır, ancaq münaqişənin başlaya biləcəyi ssenariyə də hazırlaşır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG