Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 01:14

Babanov televiziya kanalının tutulmasından hiddətlənib


Omurbek Babanov

Qırğızıstanlı müxalifət siyasətçisi və prezidentliyə keçmiş namizəd Omurbek Babanov Bişkekdə televiziya kanalının müsadirə cəhdini “reydlə ələ keçirmə” adlandırıb. Babanov dekabrın 20-də Facebook-da yazıb ki, Qırğızıstanda ən böyük özəl televiziya olan NTS-ə qarşı atılan addımlar “ağlagəlməzdir”.

Dekabrın 19-da məhkəmə rəsmiləri və polis NTS-də reyd keçirib, məhkəmə qərarının onlara əmlakı müsadirə hüququ verdiyini bildirib.

Babanov qeyd edib ki, bu reydin arxasında duranlar keçmiş prezident Kurmanbek Bakiev-in oğlu Maksim Bakiev-in “maraqlarını təmsil edirlər”.

Bakiev-lər 2010-cu ildə ölkədən qaçıblar və xaricdə yaşayırlar. Onlara qarşı ittihamlar var.

Biznesmen olan Babanov 15 oktyabr prezident seçkisində ikinci yeri tutub. Ona qarşı seçki kampaniyası zamanı etnik nifrəti qızışdırma ittihamıyla təhqiqat başlandığından ölkədən qaçıb. Hazırda Babanov-un harada olduğu bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG