Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:39

Palata 4 qurumda nöqsan tapdığını açıqlayıb


Hesablama Palatası

Hesablama Palatası 4 dövlət qurumunda aparılmış auditin nəticələrini açıqlayıb. Həmin qurumların dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsində nöqsanlara yol verdiyi bildirilir.

Bu haqda palatanın məlumatında yazılır.

Məlumata görə, audit Sumqayıt Baş Gömrük İdarəsi, Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti “Azərenerji” ASC-ni əhatə edib.

Buna da bax: Regionlara 60 milyard manat yatırılıb, amma...

Hesabatda, Sumqayıt Baş Gömrük İdarəsində dövlət büdcəsinə ödənilməli olan vəsaitlərin tam köçürülməməsi hallarının qeydə alındığı bildirilir. İdxal əməliyyatları üzrə gömrük prosedurlarının tətbiq olunmasında da kənarlaşma hallarına yol verildiyi də iddia olunur.

Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində aparılmış audit zamanı da pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verildiyi qeyd edilir. Habelə, zəruri sənədlər olmadan pensiya təyinatı aparıldığı, təyinatların ailələrin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparıldığı bildirilir.

Buna da bax: Hər üç işçidən biri müqaviləsiz çalışır

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin auditinin nəticələrinə görə də kredit vəsaitlərinin ayrılması prosesində pozuntuların yol verdiyi bildirilir.

Palatanın açıqlamasına görə, müvafiq normativ qaydaların tələbləri gözlənilməyib, regionlar üzrə kredit vəsaitlərinə olan tələbata dair məlumatlar əhatəli olmayıb.

Bundan başqa, layihələrin ekspertizasının aparılmadığı, müvəkkil kredit təşkilatlarının tələblərə uyğun seçilmədiyi, vaxtı keçmiş borcların balansa daxil edilmədiyi bildirilir.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) də pozuntular aşkar edildiyi də bildirilir.

Buna da bax: 'Bunun arxasında Azərbaycan hökumətinin şəxsi maraqları durur' - Müzakirə

Palata qeyd edir ki, “Azərenerji” ASC-nin xərclər smetasının aidiyyəti dövlət qurumları ilə razılaşdırılmasında, debitor və kreditor borcların uçotunda nöqsanlara yol verilib.

Hesabata görə, elektrik enerjisinin satışı üzrə debitor borcların artması, kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunub.

Hesablama Palatası qeyd olunan təşkilatlardakı auditlərin nəticələri haqda Milli Məclisə məlumat verib.

Hələlik, sözü gedən qurumlardan bu hesabata münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG