Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:02

RT fransızca kanal açır


RT-nin loqosu
RT-nin loqosu

Rusiyanın RT dövlət yayımçısı fransızca yeni kanal açıb. Bu addım Birləşmiş Ştatlar, Fransa və digər qərb ölkələri rəsmilərinin RT-ni Kremlin “təbliğat” orqanı adlandırmasına baxmayaraq atılıb.

RT-nin fransızca kanalı dekabrın 18-də açılıb və ilkin büdcəsi 20 milyon avrodur. Əvvəllər “Russia Today” kimi tanınan RT artıq ingiliscə, ispanca, ərəbcə də yayımlanır.

RT-nin Fransada fransızca vebsaytı, populyar YouTube kanalı da var. Bu kanalda videoların üstündə fransızca tərcümələri yerləşdirilir və indiyədək yüz minlərlə baxış toplayıb.

*** Buna da bax: Rusiya AzadlıqRadiosunu “xarici agent” elan etdi (Video)

“ANOMALİYA” HALINDA MÜDAXİLƏ OLUNACAQ

Ancaq indi kanal Parisin qərbində yerləşən bir studiyadan yayımlanacaq. Həm də bundan az öncə Yelisey sarayı RT müxbirlərinə prezidentin mətbuat konfranslarını işıqlandırmağa akkreditə verməyib. Fransa prezidenti Emmanuel Macron da RT-ni kəskin tənqid etmişdi.

Apreldə Parisdə Rusiya prezidenti Vladimir Putin-lə mətbuat konfransında danışan Macron RT-ni və Kremlin dəstəklədiyi daha bir kanal olan Sputnik-i “nüfuz və aldadıcı təbliğat agentləri” adlandırıb.

Fransada medianı tənzimləyən orqanlar keşikdə durduqlarını deyiblər. Fransanın CSA yayım orqanının rəhbəri Olivier Schrameck xəbərdarlıq edib ki, agentlik RT-ni diqqətlə izləyəcək və “anomaliya” halında dərhal müdaxilə edəcək.

Britaniyada isə RT Ofcom tənzimləyici orqanından 14 xəbərdarlıq alıb. Bu xəbərdarlıqlar qurumun yalan və qərəzli adlandırdığı hallarla bağlı irəli sürülüb. Həmin hallar əsasən, Rusiyanın separatçıları dəstəklədiyi Ukrayna, prezident Bashar al-Assad hökumətinə arxa durduğu Suriya münaqişəsinə aiddir.

*** Buna da bax: Facebook Rusiyanın müdaxiləsinə sübut tapmadı, tənqid olundu

Fransızdilli stansiyanın meneceri və baş redaktoru Xenia Fedorova dekabrın 18-də Parisdə jurnalistlərə deyib ki, Fransa prezident idarəsi onlara, hələlik, akkreditə verməyib.

Ancaq o, tənqidləri rədd edib, BBC World və France 24 kimi, öz ölkələrindən maliyyələşən tanınmış şəbəkələri misal gətirib.

RT NƏDƏ İTTİHAM OLUNUB

RT ənənəvi medianın əhatələmədiyi xəbərlər verir. Biz işıqlandırılmayan, yaxud susdurulan perspektiv və fikirlərdən ötrü platformanı açıq saxlayacağıq”, – o deyib.

“Russia Today” 2000-ci illərin ortalarında yaradılıb, məqsəd Rusiya prezidenti Vladimir Putin-in dediyi kimi, Amerika və Britaniya media qurumlarının dominantlığını önləmək olub.

Tənqidçilər bu kanalda konspirologiya nəzəriyyəçilərinə, ifrat-sağçı və anti-isteblişment fiqurlarına platforma verildiyini deyirlər.

Bu ilin əvvəlində ABŞ kəşfiyyat agentlikləri bildiriblər ki, Kreml RT-dən ötən il bu ölkədə prezident seçkisinə müdaxilə etmək üçün yararlanıb.

*** Buna da bax: Konqresin mətbuat xidməti RT-ni akkreditasiyadan məhrum edir

Bundan sonra ABŞ Ədliyyə Departamenti RT-dən “xarici agent” kimi qeydiyyatdan keçməyi tələb edib. Twitter RT və Sputnik-dən reklamlara qadağa qoyub.

Putin-sə ötən həftə keçirdiyi illik mətbuat konfransında ABŞ-da seçkiyə müdaxiləylə bağlı deyilənləri bir daha təkzib edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG