Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:00

Rusiya AzadlıqRadiosunu “xarici agent” elan etdi (Video)


AzadlıqRadiosunun simvolu olan mikrofon
AzadlıqRadiosunun simvolu olan mikrofon

Rusiyanın Ədliyyə Nazirliyi AzadAvropa/AzadlıqRadiosunu (RFE/RL) və Amerikanın Səsi-ni (VOA) “xarici agentin funksiyalarını icra edən xarici kütləvi media” siyahısına salıb.

Nazirlik vebsaytında yerləşdirdiyi bəyanatda bildirib ki, Rusiyanın yeni media qanununa uyğun olaraq, RFE/RL, VOA, “Current Time TV”, AzadlıqRadiosunun tatar-başqırd xidməti, Siberia.Reality, Idel.Reality, Factograph, Kavkaz Realii və Crimea.Reality portalları “xarici agentin funksiyalarını icra edən xarici kütləvi media”dır.

*** Buna da bax: Konqresin mətbuat xidməti RT-ni akkreditasiyadan məhrum edir

AzadlıqRadiosunun prezidenti Thomas Kent-in videobəyanatı:

AzadlıqRadiosu prezidentinin bəyanatı - Rusiyanın 'xarici agent' kimi tanıdı -
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Hökumətə istənilən xarici media orqanını “xarici agent” adlandırmağa imkan verən qanun sürətlə parlamentdə qəbul olunub və noyabrın 25-də Rusiya prezidenti Vladimir Putin sənədi imzalayıb.

“SİMMETRİK CAVAB”

Rusiya rəsmilərinin sözlərinə görə, bu qanun dövlətin maliyyələşdirdiyi RT telekanalına qarşı atılan addımlara “simmetrik cavab”dır. ABŞ hakimiyyəti RT-ni təbliğat yaymaqda suçlayaraq, ABŞ Xarici Agentlərin Qeydiyyat Aktına (FARA) uyğun qeydiyyatdan keçməsini tələb edib.

ABŞ rəsmiləri isə bu addımı simmetrik saymır, Birləşmiş Ştatlar və Rusiya qanunlarının fərqli olduğunu bildirir. Vaşinqtonun mövqeyincə, Rusiya “xarici agent” qanunvericiliyindən yararlanaraq narazıları susdurur, azad fikir mübadiləsini ruhdan salır.

Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova dekabrın 4-də deyib ki, xarici agent sayılan media orqanlarının nazirlikdə akkreditasiyası ləğv olunmayacaq və “Rusiyada sakitcə, heç bir əngəlsiz jurnalistika fəaliyyətini davam etdirə” biləcəklər.

*** Buna da bax: ABŞ Rusiyaya xarici media qanunuyla bağlı xəbərdarlıq edir

“Human Rights Watch” insan haqları təşkilatı Rusiyanın qəbul etdiyi qanunvericiliyi “media azadlığına hərtərəfli hücum” adlandırıb. Qurum bildirib ki, bu qanunvericilik “selektiv və siyasi məqsədlə tətbiq olunmaq, Rusiyada eşitmək istəmədikləri səsləri susdurmaqdan ötrü xüsusi hazırlanıb”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG