Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:26

ABŞ Rusiyaya xarici media qanunuyla bağlı xəbərdarlıq edir


Heather Nauert
Heather Nauert

Rusiyada xarici media orqanlarını “xarici agent” adlandırmağa imkan verən yeni qanun mətbuat azadlığına təhdid yaradır və Moskva bu qanundan mediaya nəzarətin gücləndirilməsində yararlanmamalıdır. Belə bir xəbərdarlıqla ABŞ Dövlət Departamenti çıxış edib.

“Hökuməti rahatsız edə biləcək ifadə, nitq və media azadlığı universal insan haqları öhdəliyidir və Rusiya bu öhdəliyi yerinə yetirməyə boyun olub”, – departamentin sözçüsü Heather Nauert noyabrın 28-də verdiyi bəyanatda deyib.

Nauert-in sözlərinə görə, Rusiya qeyri-kommersiya qruplarını əhatələyən mövcud xarici agent qanunundan istifadə edərək “daimi reydləri, təqibləri və hüquqi prosedurları əsaslandırıb və bütün bunlar qeyri-hökumət təşkilatlarının işini əngəlləyib”.

“REDAKSİYA MÜSTƏQİLLİYİNİ BOĞA BİLƏR”

“Xarici Agentlər Qanununu genişləndirərək media orqanlarına da aid etmək yorucu tələblərə yol açır və Rusiyada söz azadlığını və redaksiya müstəqilliyini daha da boğa bilər”, – o deyib.

*** Buna da bax: Avropa Birliyi də Rusiyanın 'xarici agent' qanununu tənqid edir

Prezident Vladimir Putin-in noyabrın 25-də imzaladığı qanun Kremlə imkan verir ki, xarici mediadan maliyyə mənbələrini açıqlamağı tələb etsin və onların rusiyalılalara çatdırdıqları xəbərləri “xarici agentlər”in işi adlandırsın.

Bu qanunvericilik iki həftə ərzində Rusiya parlamentindən keçib. Bundan öncə ABŞ Ədliyyə Departamenti Rusiyanın dövlətə məxsus RT yayımçısından ABŞ-dakı filialını “xarici agent” kimi qeydiyyatdan keçirməyi tələb etmişdi.

Nauert ABŞ və Rusiya qanunları arasında hər hansı müqayisəni rədd edib, deyib ki, Amerikadakı qanun xarici medianın Birləşmiş Ştatlarda xəbərləmə işini, fəaliyyətini məhdudlaşdırmır.

ABŞ Ədliyyə Departamenti RT-dən Birləşmiş Ştatlarda çoxdan mövcud olan xarici agent qanununa əsasən qeydiyyatdan keçməyi tələb edib. Buna ABŞ kəşfiyyat agentliklərinin gəldiyi qənaət səbəb olub. Kremlin dövlət mediasından yararlanaraq ötəniliki prezident seçkisində ABŞ seçicilərinə təsir göstərməyə çalışdığı bildirilir.

Rusiya bu iddiaları rədd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG