Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:43

Avropa Birliyi də Rusiyanın 'xarici agent' qanununu tənqid edir


İllüstrasiya
İllüstrasiya

"Rusiya "xarici agent olan media orqanları" haqda qanunu qəbul etməklə insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərə zidd hərəkət edib".

Avropa Birliyinin xarici siyasət idarəsi belə hesab edir.

Brüsseldə düşünürlər ki, Rusiya bununla müstəqil media üçün bir az da məkanı daraldır.

Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə sözçüsü Maja Kocijancic noyabrın 26-da bildirib ki, sözügedən qanun vətəndaşların müstəqil xəbər mənbələrinə çıxışını əngəlləməyə yönəlib.

Rusiyada qəbul edilən və prezident Putin tərəfindən imzalanan qanunu ABŞ-ın Yayım Şurasının rəhbəri Con Lansinq də tənqid edib.

Azad Avropa və Azadlıq Radioları Korporasiyasının prezidenti Thomas Kent bildirib ki, "biz indiki məqamda qanunun mümkün təsirləri barədə ehtimallar irəli sürə bilmərik. Çünki hələ ki heç bir media orqanı "xarici agent" elan edilməyib və heç bir təşkilata qarşı bununla bağlı məhdudiyyətlər qoyulmayıb".

Thomas Kent
Thomas Kent



T.Kent bildirib ki, Radio Rusiyadakı fəaliyyətini davam etdirir və özünün azad jurnalistika prinsipləri əsasında hazırladığı xəbərləri yaymaqdadır.

Beynəlxalq hüquq müdafiə təşkilatları sözügedən qanunu Rusiyada media azadlığına növbəti zərbə adlandırıblar.

Rusiya rəsmiləri bu addımı ABŞ-a "simmetrik cavab" sayırlar.

Noyabrın 13-də Rusiyanın dövlət büdcəsindən maliyyələşən RT ("Russia today") kanalı ABŞ-da "Xarici Agent Qeydiyyatı" qanunu əsasında qeydiyyata düşməli olub.

ABŞ-ın Ədliyyə Nazirliyi RT-dən bunu Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı faktlar ortaya çıxandan sonra tələb edib.

ABŞ-ın kəşfiyyat orqanları hesab edirlər ki, RT seçkilərə təsir göstərmək üçün Kremldən qaynaqlanan saxta xəbərlər yayıb.

Rusiyadakı qanun noyabrın 15-də Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında üçüncü oxunuşda yekdilliklə qəbul olunub.

Qanun qəbul olunandan bir neçə saat sonra Rusiya Ədliyyə Nazirliyi Azad Avropa/AzadlıqRadisounun bir neçə xəbər xidmətlərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıq məktublarında potensial məhdudiyyətlərin nədən ibarət olacağı açıqlanmır, lakin millət vəkilləri bildirirlər ki, “xarici agent” sayılan medialardan təfərrüatlı maliyyə hesabatları tələb edilə bilər. Bundan başqa belə medialardan dərc etdikləri materiallara onların “xarici agentdən” gəldiyini göstərən qrifin qoyulması tələb oluna bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG