Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:30

Walt Disney Fox-un film, TV bölümlərini alır


Mickey Mouse

Walt Disney Co (DIS.N) Rupert Murdoch-un Twenty-First Century Fox Inc (FOXA.O) nəhənginin film, televiziya və beynəlxalq şirkətlərini almaqdan ötrü 52,5 milyard dollarlıq kontrakt imzalayıb. Bununla da Walt Disney şou və film arsenalı ilə birlikdə Netflix Inc (NFLX.O) Amazon.com Inc-in (AMZN.O) rəqəmsal rəqiblərinə çevrilir.

ANTİİNHİSAR QURUMLARI NƏ DEYƏCƏK

“Reuters” agentliyi yazır ki, beləliklə, 86 yaşlı Murdoch-in biznesini yarım əsrdən çox bir müddətdə genişləndirməsi sona çatır. O, 21 yaşında Avstraliyada atasından miras aldığı bir qəzeti dünyanın ən böyük xəbər və film konqlomeratlarından birinə çevirməyi bacarıb. Yeni Fox isə ancaq TV xəbərləri və idmana diqqət ayıracaq.

*** Buna da bax: Terrora görə bütün müsəlmanları suçlayan milyarderə cavab verdi

İlkin görünən odur ki, bu sövdələşmə antiinhisar qurumlarının sərt dirənişini görməyəcək. AT&T Corp’s (T.N) Time Warner Inc-i (TWX.N) alanda belə bir durum yaranmışdı.

ABŞ prezidenti Donald Trump da AT&T sövdələşməsnə qarşı çıxanlardan idi. Ağ evin məlumatına görə, o, dekabrın 14-də Murdoch-a zəng edərək onu təbrik edib.

Sövdələşmə xəbəri noyabrın əvvəlində ortaya atılandan Fox-un səhmləri 30 faizdən artıq bahalanmışdı. Dünənki xəbərdən sonra bu səhmlər 6,5 faiz, Disney-in səhmləri isə 2,7 faiz qalxıb.

Fox səhmdarları hər səhmə görə Disney-in 0.2745 alacaqlar və sonucda Disney-in 25 faizi onların olacaq.

ƏNƏNƏVİ MEDİANIN PROBLEMİ

12-18 ay ərzində tamamlanacaq bu kontrakt çərçivəsində Disney, 21st Century Fox-un film və televiziya studiyalarını, kabel əyləncə şəbəkələrini və beynəlxalq TV şirkətlərini əldə edir.

Razılaşmaya Fox-un regional idman şəbəkələrinin 22-si də daxildir.

Disney Fox-un beynəlxalq peyklərini, Hindistanda Star TV şəbəkəsini, Avropada Sky Plc-ni (SKYB.L), bir neçə ölkədə idman hüquqlarını da əldə etmiş olur.

*** Buna da bax: Facebook-la Google-u yoxlayacaqlar

Amazon bu il videoya 4,5 milyard dollar ayırır, Netflix isə gələn il kontentə 8 milyard dollar xərcləməyi planlaşdırır. Disney isə kontentə 13,5 milyard dollar, idmana bunun yarısını qoyub. Bunu təhlilçilər deyir.

Bu kontrakt ənənəvi media şirkətlərinin üzləşdiyi nəhəng problemləri ortaya qoyur, onlar Netflix, Google və Amazon kimi rəqəmsal, onlayn rəqibləriylə rəqabət aparmaqdan ötrü biznes modellərini yenidən hazırlamalıdırlar. Bu, Disney-ə son 20 ildə düşüş yaşayan ənənəvi televiziyadan asılılığını kəskin azaltmağa kömək edəcək”, – Cavendish Corporate Finance-dən Nick Jones belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG