Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 14:46

Nazir: ‘Böyük Britaniya Azərbaycanda ən böyük investordur’


Şahin Mustafayev

“Azərbaycan Böyük Britaniya ilə ikitərəfli əlaqələrə önəm verir, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir”.

İqtisadiyyat naziri Şahin Mustafayev belə deyib. O, bu gün, dekabrın 14-ü Azərbaycan-Birləşmiş Krallıq iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ikinci iclasında çıxış edib.

Bu haqda İqtisadiyyat Nazirliyi xəbər verir.

Nazir Azərbaycanda Britaniya sərmayəli 500-dən çox şirkətin fəaliyyət göstərməsindən bəhs edib. O deyib ki, bu ölkə Azərbaycanın ən iri investorudur.

Buna da bax: 'Ən geridə qalan Avropa ölkələrində belə ərzaq məsrəfləri 30 faizi keçmir'

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya 27 mlrd. dollardan çox investisiya qoyub.

Nazir həmçinin, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı sazişin sentyabrda 2050-ci ilədək uzadılmasının tarixi əhəmiyyətini qeyd edib, BP şirkəti ilə neft-qaz hasilatı sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.

Qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyən nazir Britaniya şirkətlərinin Azərbaycanda maraq göstərdiyi sahələr haqda məlumat verib.

Buna da bax: 'Gürcüstan qazanır, Azərbaycan isə şansları itirir' [video]

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Rona Ferhed isə iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafından ötrü potensialın böyük olduğunu vurğuladığı bildirilir.

Verilən məlumata görə, O, hökumətlərarası komissiyanın iclasının keçirilməsinin önəmini qeyd edib.

Xatırlatma

Rona Ferhed Azərbaycana bu gün səfər edib. Səfərin sabah, dekabrın 15-i başa çatacağı bildirilir.

Onun rəhbərlik etdiyi nümayəndə heyətini dekabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əməkdaşlığın bundan sonra da genişlənməsindən ötrü yaxşı potensialın mövcud olduğu qeyd edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG