Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Alman kəşfiyyatından Çin xəbərdarlığı


İllüstrativ foto

Almaniya daxili kəşfiyyat agentliyinin rəhbəri xəbərdarlıq edib ki, Çin sosial şəbəkələrdən yararlanaraq deputatları və digər rəsmiləri mənbəyə çevirməyə çalışır. Bu haqda "The Associated Press" agentliyi yazır.

10 MİNDƏN ÇOX ALMAN

BfV kimi tanınan agentliyin rəhbəri Hans-Georg Maassen bazar günü – dekabrın 10-da danışıb. Onun sözlərinə görə, 10 mindən çox alman Çinin kəşfiyyat agentlərinin hədəfinə çevrilib. Agentlər özlərini konsultant, personal seçimi üzrə mütəxəssis, tədqiqatçı kimi təqdim edirlər və əsasən LinkedIn sosial şəbəkəsində fəaliyyət göstərirlər.

*** Buna da bax: Kiberhücumlara qarşı silahdan istifadəyə icazə verilə bilər

Bu, özəlliklə, parlamentlər, nazirliklər, hökumət agentliklərinə nüfuz etməyə yönəlik genişmiqyaslı cəhddir”, – Maassen deyib.

Onun sözlərincə, çinli hakerlər etibarlı təchizatçılar vasitəsiylə Avropa şirkətlərinə hücumlar təşkil edirlər.

BfV bu ilin əvvəlində işçi qrup yaradaraq doqquz ay ərzində sosial şəbəkələrdə saxta profillərdən istifadəni araşdırıb. Agentlik şübhəli çinli casusların LinkedIn-də istifadə etdiyi səkkiz saxta profil təqdim edib.

SAXTA ADLAR VƏ TƏŞKİLATLAR

Lily Wu, Laeticia Chen, Alex Li kimi adlardan istifadə edən profillərdə təəssürat yaradan rezümelər, yüzlərlə əlaqə nömrəsi, gənc peşəkarların cəlbedici fotoları yerləşdirilib.

Agentlik çinli casusların yararlandığını iddia etdiyi altı təşkilatın adını da açıqlayıb. Onların içində “Association France Euro-Chine”“Global View Strategic Consulting” var.

*** Buna da bax: Xəbərdarlıq: ‘Rusiyanın kiberhücumları çox şirkəti vura bilər’

“Associated Press” agentliyi bu qurumlarla əlaqə yaratmağa çalışıb, ancaq müraciətlərinə cavab almayıb.

Maassen xəbərdarlıq edib ki, Çinin kiberqrupları şirkətlərin onlayn müdafiəsini yarmaqdan ötrü “təchizat-zəncir hücumları”na əl atır.

Bu hücumların hədəfi sınanmış servis provayderləri üçün çalışan IT işçiləri və digərləridir, onların əliylə seçilmiş qurumların şəbəkələrinə ziyanlı proqramlar göndərilir.

“Bu hücumları aşkarlamaq çətindir, çünki servis provayderləri ilə müştərilərinin əlaqələri şübhə oyatmır. Bu, hücum edənə daha yaxşı maskalanmaq imkanı verir”, – BfV rəhbəri bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG