Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Xəbərdarlıq: ‘Rusiyanın kiberhücumları çox şirkəti vura bilər’


Arxiv fotosu
Arxiv fotosu

Yahoo şirkətinin keçmiş rəsmisi 2014-cü ildəki haker hücumuna görə “rusiyalı agentlər”i ittiham edib. O, heç bir şirkətin belə hücumlardan sığortalanmadığını bildirib.

Noyabrın 8-də ABŞ Konqresində ölkə şirkətlərinə artan kiberhücumlarla bağlı dinləmə keçirilib. Yahoo-nun keçmiş rəhbəri Marissa Mayer deyib ki, şirkət məlumatların ələ keçirilməsini əngəlləməkdən ötrü saysız tədbirlər görsə də, “rusiyalı agentlər” onları qırmağın yolun tapıblar.

*** Buna da bax: Kiberhücumlara qarşı silahdan istifadəyə icazə verilə bilər

SAYSIZ TƏDBİRLƏR GÖRÜLÜB, AMMA...

“Gördüyümüz tədbirlər Yahoo-nun belə hücumları uğurla dəf etməsinə yardım edib… ancaq rusiyalı agentlər sistemlərimizə girib istifadəçilərə aid məlumatları oğurlayıblar”, – o, senatın kommersiya komitəsində deyib.

“Hamımız şahid olduq ki, heç bir şirkət, fərd, yaxud hökumət agentliyi belə təhdidlərdən sığortalanmayıb”, – Mayer söyləyib.

Martda ABŞ prokurorları iki rusiyalı kəşfiyyat agentinə və iki hakerə ittiham irəli sürüblər, onlar 2014-cü ildə Yahoo-dan 500 milyon hesabın oğurlanmasında suçlanıblar. İlk dəfəydi ki, ABŞ hökuməti rusiyalı casuslara kiberhücum ittihamı verirdi.

Bu arada Kremlin dəstəklədiyi hakerlərin ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi, rusiyalı fiqurlarla prezident Donald Trump-ın ətrafında olanlarınmümkün əlaqəsi araşdırılır. Rusiya ABŞ seçkisini müdaxilə iddialarını danır.

*** Buna da bax: KİV: Rusiya 27 ölkənin daxili işlərinə qarışıb

3 MİLYARD HESAB YARILIBMIŞ

Eyni zamanda Yahoo 2013-cü ildə baş vermiş daha böyük haker hücumu barədə məlumat yayıb, 3 milyard email hesabının hamısının təsirə məruz qaldığını bildirib.

Federal Təhqiqat Bürosu (FBI) 2013-cü il hücumunun 2014-cü ildə törədilənə bağlı olmadığını, araşdırma getdiyini bildirib.

Mayer senat komitəsində deyib ki, 2013-cü il hücumuna görə rusiyalıların məsuliyyət daşıyıb-daşımadığını bilmir.

Mayer-in sözlərinə görə, hətta “ən möhkəm” müdafiə belə dövlətin sponsorluq etdiyi hücumlardan qorunmağa yetərli deyil. O, hakerlərlə mübarizəni “silahlanma yarışı” adlandırıb.

“İndi bilirik ki, Rusiyanın kəşfiyyat zabitləri və dövlətin dəstəklədiyi hakerlər Yahoo sistemlərinə mürəkkəb və dərin hücumlar üçün məsuliyyət daşıyıb”, – Mayer deyib.

*** Buna da bax: FBI «WannaCry» virusu ilə bağlı bir proqramçını saxlayıb

O, hakerlərin “həqiqətən də aqressiv” təqibinin gərəkdiyini vurğulayıb, deyib ki, hətta ən yaxşı müdafiə olunan şirkətlər belə “bu cinayətlərin qurbanına çevrilə bilərlər”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG