Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:42

FBI «WannaCry» virusu ilə bağlı bir proqramçını saxlayıb


arxiv foto

ABŞ-da FBI-ın əməkdaşları «WannaCry» kiberhücumunun yayılmasının qarşısını alan britaniyalı proqramçı Markus Hutchins-i Los-Ancels aeroportunda saxlayıblar.

Reuters xəbər verir ki, proqramçı saxlanmazdan öncə kibertəhlükəsizlik üzrə konfransda iştirak edib. Böyük Britaniyanın cinayətlə mübarizə milli agentliyi Hutchins-in saxlanması xəbərini Reuters-ə təsdiqləyib.

Son illərin ən böyük virus epidemiyalarından biri sayılan «WannaCry» (WannaCrypt) virusu bu ilin may ayında yayılıb. Virus ABŞ, Rusiya və Çin də daxil olmaqla 150-dən çox ölkədə yüz minlərlə kompyuteri bloklayıb. Ekspertlər hesab edirlər ki, sözügedən kiberhücumlar sayəsində hakerlər yalnız 50 min dollar pul qazana biliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG