Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:27

Kiberhücumlara qarşı silahdan istifadəyə icazə verilə bilər


Kiberhücuma məruz qalmış laptop

-

Avropa Birliyinin hazırladığı yeni sənəd kiberhücumlara cavab olaraq silahdan istifadəyə icazə verə bilər. Bu haqda “The Telegraph” qəzeti əldə etdiyi sənədə istinadla yazır.

Qəzetin yazdığına görə, sənəd Böyük Britaniya da daxil olmaqla, AB-nin 28 üzvüylə razılaşdırılacaq. Qüvvəyə minərsə, kiberhücuma məruz qalan ölkəyə icazə veriləcək ki, beynəlxalq hüquqa uyğun olaraq, “fərdi, yaxud kollektiv özünümüdafiə” hüququndan yararlansın.

Bundan başqa, AB üzvləri kiberhücumlar gerçəkləşdirən ölkələrə qarşı diplomatik təzyiq və iqtisadi sanksiyalara əl ata biləcəklər. Brüsselin mövqeyincə, bu tədbirlər hücum planlaşdıranlara kiberhücumun nəticələrini daha diqqətlə götür-qoy etməyə imkan verəcək.

“The Telegraph” qeyd edir ki, sənədin hazırlanmasına 2017-ci ilin mayında “WannaCry” reket-virusuyla gerçəkləşdirilən kiberhücum səbəb olub. AB-də bu hücumu Şimali Koreyaya bağlı haketlərin reallaşdırdığı istisna olunmur. Brüssel həm də Rusiyanın Almaniya seçkilərinə müdaxiləsindən ehtiyatlanırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG