Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 21:30

Johnson Rohani ilə görüşüb


Nazanin Zaghari-Ratcliffe ailəsiylə birlikdə, arxiv fotosu

Dekabrın 10-da Britaniyanın xarici işlər naziri Boris Johnson Tehranda İran prezidenti Hassan Rohani ilə görüşüb. BBC-nin məlumatına görə, görüşdə Tehranda saxlanılan İran-Britaniya vətəndaşı Nazanin Zaghari-Ratcliffe-nin məsələsi müzakirə olunub.

Zaghari-Ratcliffe-nin həyat yoldaşı Richard Ratcliffe bildirib ki, dekabrın 10-na təyin olunmuş məhkəmə də təxirə salınıb. Zaghari-Ratcliffe bu məhkəmədə “təbliğat yaymaq” ittihamlarıyla mühakimə olunacaqdı.

“Xarici işlər nazirinin səfərinə görə Nazanin-in məhkəməsi bu gün keçirilmədi. Bu, şübhəsiz, yaxşı əlamətdir”, – Ratcliffe jurnalistlərə göndərdiyi elektron məktubda yazıb.

Zaghari-Ratcliffe 2016-cı ilin aprelindən həbsdədir, o, İran hökumətinə qarşı çevriliş hazırlamaqda suçlanıb, amma özü ittihamları rədd edib.

Britaniya xarici işlər nazirinin sözçüsü Johnson-un ikigünlük səfərini “dəyərli” adlandırıb, “bütün sahələrdə irəliləyiş” əldə olunduğunu deyib.

Ancaq İran rəsmiləri Johnson-u tənqid edirlər, onun 2015-ci il nüvə sazişinin gücləndirilməsiylə bağlı elə bir iş görmədiyini deyirlər. Həmin saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG