Keçid linkləri

2018, 20 Yanvar, şənbə, Bakı vaxtı 21:30

Dekabrın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskin olacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 3-6, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir.

Lənkəran-Astara zonasında çiskin gözlənilir. Gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG