Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:08

Amerikalılar Rusiya istintaqına necə yanaşırlar


Donald Trump
Donald Trump

Amerikalıların çoxu deyir ki, Donald Trump administrasiyasının aparıcı üzvlərinin ötən il prezident kampaniyası zamanı Rusiyayla yanlış kontaktlar qurduğunu düşünürlər. Əksəriyyət azından, əmindir ki, xüsusi müşavir Robert Mueller işi ədalətli araşdıracaq.

Ancaq respublikaçıların və demokratların mövqeyində ziddiyyət var. Respublikaçıların yalnız 19 faizi Rusiya istintaqını “çox vacib” sayır, bu cür düşünən demokratların sayı isə (71%) bundan azı üç dəfə çoxdur.

“Pew” araşdırma mərkəzi noyabrın 29-dan dekabrın 4-dək 1503 yetkin yaşlı arasında sorğu keçirib. Sorğu üzə çıxarıb ki, son bir ildə prezident Trump-ın işini bəyənənlər azalıb.

*** Buna da bax: Trump Rusiya təhqiqatına görə FTB-ni tənqid atəşinə tutub

TRUMP-IN REYTİNQİ DÜŞÜR

Hazırda ictimaiyyətin 32 faizi Trump-ın prezident kimi işini bəyənir, 63%-sə bəyənmir. Trump-ın işinin bəyənilməsi oktyabrdan bəri (34%) az dəyişib, ancaq fevralın əvvəlində (39%) olduğundan azalıb.

Pew sorğularının ümumi ictimaiyyətin fikrinə söykəndiyini qeyd edir, qeydə alınmış, yaxud mümkün seçicilərin deyil. Qeydiyyata alınmış seçicilər arasında Trump-ın işinə dəstək isə 34%-dir.

Amerikalının cəmi 30%-i düşünür ki, Trump administrasiyasının aparıcı rəsmiləri kampaniya dövründə Rusiyayla yanlış əlaqələr qurub. 59% bu cür əlaqələrin dəqiq, yaxud çox güman qurulduğunu qeyd edir. 30% deyir, bu əlaqələr çox güman, ya da dəqiq mövcud olmayıb. Mueller-in istintaqına gəlincə, 56% əmindir ki, o, istintaqı ədalətli aparacaq.

Respublikaçıların, yaxud respublikaçılara meylli müstəqillərin 26%-i yanlış əlaqələrin yəqin, yaxud çox güman baş verdiyini düşünür. Demokratik cəbhədə bu rəqəm 82%-dir – 49%-sə yanlış əlaqələrin qurulmasından əmindir. Mueller-in istintaqının ədalətli olacağına demokratların üçdə ikisi (68%), respublikaçıların 44%-i inanır.

*** Buna da bax: Trump-ın keçmiş müşaviri FTB-yə Rusiya ilə bağlı yalan dediyini etiraf edib

FLYNN-İN ETİRAFI NƏYİ DƏYİŞİB

Bu sorğu keçirilən zaman Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn Rusiya rəsmiləriylə kontaktları barədə yalan danışdığını etiraf edib. Bundan əvvəl və sonra keçirilən müsahibələrdə elə bir ciddi fərq qeydə alınmayıb.

Konqresdəki vergi müzakirəsinin əhəmiyyəti barədə hər iki partiyada eyni fikirdədirlər: respublikaçıların 71, demokratların 70 faizi “federal vergi sisteminə təklif olunan dəyişiklikləri” ölkə üçün çox vacib məsələ sayır.

Ancaq demokratlar digər, məsələn seksual qısnama və təcavüz, hökumətin bir neçə həftəyə qapadılmasının mümkünlüyü kimi məsələlərə də ciddi yanaşır. 55 faiz demokrat ABŞ-a uşaqkən qeyri-qanuni gələn immiqrantların statusunu vacib sayır, respublikaçıların 46 faizi bu fikirdədir.

*** Buna da bax: Manafort 11,65 milyon dollarlıq girov əvəzində buraxılmağa razılaşıb

Ancaq heç bir məsələ Rusiya istintaqı qədər fikir fərqliliyi üzə çıxarmayıb. Respublikaçıların cəmi 19%-i bu istintaqı vacib sayır, 15% deyir nisbətən vacibdir, 64% deyir, elə də vacib deyil (19%), yaxud heç vacib deyil (45%). Müqayisə üçün, demokratların yalnız 10 faizi Rusiya istintaqını ya elə də, ya da heç vacib saymır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG