Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Trump Rusiya təhqiqatına görə FTB-ni tənqid atəşinə tutub


FTB öz agentlərindən birini anti-Trump mesajlar yazdığına görə Rusiyanın seçkiyə iddia olunan müdaxiləsini araşdıran komandadan xaric edilməsinin ardınca bu təşkilatı kəskin tənqid atəşinə tutub.

Trump dekabrın 3-də növbəti Tvitter postunda yazıb: “FTB-nin reputasiyası darmadağın olub. Bu tarixdə ən pis hadisədir!”

Prezident seçilməsi üçün öz seçki kampaniyasının Rusiya ilə sövdələşməyə girdiyini təkzib edən Trump eyni zamanda FTB-nin keçmiş direktoru James Comey-dən milli təhlükəsizlik müşaviri Michael Flynn-ə dair araşdırmanı dayandırmağı rica etdiyini bir daha danıb.

Başqa bir tvitdə prezident yazır: “Mən Comey-dən Flynn təhqiqatının dayandırılmasını heç vaxt rica etməmişəm. Bunlar Comey-nin yalanını yayan Saxta Xəbərlərdir!”

Trump Comey-ni tutduğu vəzifədən may ayında azad edib.

Bu həftəsonu yayılmış xəbərlərə görə, Rusiyanın ötənilki seçkiyə müdaxiləsinə dair iddiaları araşdıran xüsusi prokuror Robert Mueller ötən yay bir FTB xəfiyyəsini onun anti-Trump ruhlu kimi qəbul edilə biləcək SMS-lərini aşkar etdikdən sonra istintaq komandasından uzaqlaşdırıb.

Mueller-in sözçüsü Peter Carr deyib ki, sözü gedən agent iddialar ortaya çıxan kimi dərhal istintaq qrupundan kənarlaşdırılıb.

Flynn ifadə verməyə razılaşıb

Bundan əvvəl, dekabrın 1-də Flynn özünün Rusiya səfiri ilə əlaqələrinə dair yalan məlumat verdiyini etiraf edib.

Media xəbərlərinə görə Flynn ona Rusiya hökuməti ilə əlaqəyə girməyi tapşırmış daha vəzifəli şəxs barədə ifadə verməyə razılaşıb.

Flynn-i FTB-yə yalan dediyinə görə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Lakin onun cəzası həm də istintaqla əməkdaşlığının dərəcəsindən asılı olacaq.

Flynn Trump-ın milli təhlükəsizlik müşaviri vəzifəsindən ötən fevralda səfir Kislyakla görüşü barədə vise-prezident Mike Pence-ə yanlış məlumat verdiyinə görə istefa edib.

Flynn bu işlə əlaqədar barəsində cinayət işinə başlanan dördüncü şəxsdir. Ötən oktyabrda Trump seçki kampaniyasının keçmiş başçısı Paul Manafort və onun biznes şəriki Rick Gates-ə qarşı federal orqanlara yalan məlumat vermək ittihamı üzrə cinayət işi qaldırılıb. Trump-ın keçmiş xarici işlər müşaviri George Papadopoulos da FTB agentlərinə yalan danışdığını etiraf edib və Mueller-in təhqiqatı ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG