Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Mart, bazar, Bakı vaxtı 02:52

Almaniyada SPD koalisiya danışıqlarını dəstəkləyir


Martin Schulz

Çərşənbə axşamı – dekabrın 7-də Almaniya Sosial Demokratları (SPD) kansler Angela Merkel-in mühafizəkarlarıyla hökumətin formalaşdırılması danışıqlarını dəstəkləyiblər.

Reuters” agentliyi yazır ki, bu səsvermə Avropanın ən böyük iqtisadiyyatını düşdüyü çıxılmaz durumdan qurtaracaq danışıqların yolunu açıb. Sentyabr seçkisində SPD-nin Merkel-ə dəstək verməməsi parlamentdəki durumu xeyli qəlizləşdirdi.

*** Buna da bax: Almaniyada “Böyük Koalisiya” yaradıla bilər

ÖHDƏLİK

SPD rəhbəri Martin Schulz sol mərkəzçi SPD üzvlərini Merkel-in son dörd ildə hakimiyyətdə olmuş koalisiyanı yeniləmək təşəbbüslərinə açıq olmağa çağırıb. Onun sözlərinə görə, partiyanın Almaniyada sosial demokratiyanı canlandırmaq öhdəliyi var.

Merkel 12 illik hakimiyyətini yalnız SPD ilə “böyük koalisiya” vasitəsiylə uzada bilər. İki kiçik partiyayla danışıqlar alınmayıb.

Məsələ böyük koalisiyanın olub-olmamasında deyil. Azlıq hökumətinin yaradılması, yaxud təkrar seçki keçirilməsində də deyil. Bu, bizim öhdəliyimizi, gələcək nəsil qarşısında öhdəliyimizi necə icra etməyimizə bağlıdır”, – Schulz partiya qarşısındakı çıxışında deyib.

Partiya sədri Avropayla daha dərin inteqrasiyaya və 2015-ci ilədək “Avropa Birləşmiş Ştatlarının” yaradılmasına çağırıb.

Avropa heç də həmişə xalqı üçün deyil, daha çox böyük şirkətlər üçün çalışır”, – Schulz bildirib.

Danışıqların yeni ildən başlanacağı gözlənir. Xüsusi qurultay keçirilməli, partiya üzvləri yekun razılaşmanı səsə qoymalıdırlar.

*** Buna da bax: Almaniya böhrandan çıxa biləcəkmi

AVROPA PARTİYASI

Aşağı Saksoniya əyalətinin baş naziri Stephan Weil deyib ki, SPD istənilən hökumətə dəstəyin əvəzində öz siyasətinin nəzərə alınmasını istəyər.

Məncə, təmsilçilərin çoxu özlərini Avropa partiyası kimi görür və Almaniyanın yenidən Avropada aparıcı qüvvəyə çevrilməsini istəyirlər”, – o deyib.

Merkel Schulz-un təklifini ehtiyatla qarşılayıb.

Hazırda AB-nin hərəkətə keçmək bacarığı önə çıxmalıdır. 2025-ci ilədək daha çox müdafiə sahəsində əməkdaşlığa və digər məsələlərə diqqət ayıracağam”, – kansler Berlində mətbuat konfransında deyib.

SPD-nin gənc fəalları isə qurultay zalının önündə aksiya keçirərək “Böyük Koalisiyaya Yox” deyiblər. Onların çoxu düşünür ki, partiya son 12 ilin səkkizini mərkəzçi koalisiyalarda keçirəndən sonra fərqli kurs sərgiləməlidir.

Merkel ölkəni istiqamətsiz idarə edir. Onun Avropa üçün planı yoxdur, ölkəni həftədən həftəyə aparır. Bu ölkəyə güclü sosial demokratiya lazımdır”, – konfransda çıxışçılardan biri deyib.

XS
SM
MD
LG