Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:33

Almaniyada “Böyük Koalisiya” yaradıla bilər


Angela Merkel

Almaniya kansleri Angela Merkel-in mühafizəkar Xristian Demokrat (CDU) partiyası deyir ki, sölyönümlü Sosial Demokratlarla (SPD) “böyük koalisiya” yaratmağa razılaşıblar. Tərəflər ölkəni siyasi böhrandan çıxarmağa çalışırlar.

Şlesviq Holşteyn əyalətinin mühafizəkar lideri Daniel Guenther noyabrın 26-da jurnalistlərə deyib ki, “effektiv hökumət yaratmaq niyyətimiz qətidir”.

Bu açıqlama CDU liderlərinin Berlində dörd saatlıq görüşündən sonra verilib. Ötən həftə CDU-nun Yaşıllar və Azad Demokratlarla koalisiya yaratmaq cəhdləri alınmadı.

Bu danışıqların alınmaması Merkel-in ölkəyə dördüncü müddətə liderlik etməsini sual altına saldı.

SPD lideri Martin Schulz daha öncə partiyasının CDU ilə böyük koalisiya yaratmayacağını bildirib. SPD 24 sentyabr seçkisində zəif nəticə göstərmişdi.

Ancaq ölkədə sabitliyin saxlanması və yeni seçki keçirilməməsindən ötrü SPD-yə təzyiqlər artırdı, onu CDU ilə koalisiyanı nəzərdən keçirməyə çağırırdılar.

Yeni rəy sorğusu almanların 52 faizinin böyük koalisiyanı dəstəklədiyini üzə çıxarıb.

Çoxları yeni seçkinin immiqrasiyaya qarşı çıxan ifrat-sağçı partiyaların partiya təmsilçiliyini gücləndirəcəyindən ehtiyatlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG