Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:04

Almaniya böhrandan çıxa biləcəkmi


Angela Merkel (öndə, sağda) koalisiya danışıqları zamanı fasilədə

Bu gün – noyabrın 21-də Almaniya prezidenti ölkəni siyasi böhrandan qurtarmaqdan ötrü “qollarını çırmalayır”. Kansler Angela Merkel-in koalisiya danışıqları iflasa uğradığından Avropa Birliyinin ən böyük iqtisadiyyatı siyasi böhrana sürüklənməkdədir.

“Frans Pres” agentliyi yazır ki, prezident Frank-Walter Steinmeier bu məqamda səhnənin mərkəzinə keçir, çünki erkən seçkilər təyin etmək səlahiyyəti var. Onun keçmiş xarici işlər naziri kimi diplomatik bacarıqlarından faydalanaraq tərəfləri danışıqlar masasına qayıtmaqdan ötrü dilə tutacağı gözlənir.

Dövlət başçısı Merkel-lə artıq danışıb, bu gün Yaşıllar, sabah- noyabrın 22-də isə Sosial Demokratlarla (SPD) görüşəcək. Prezidentin Azad Demokratlarla (FDP) da danışıqların vaxtını təyin edəcəyi, bütün tərəflərə elektorat qarşısındakı məsuliyyətini xatırladacağı bildirilir.

“Almanlar, yumşaq desək, sabitsizlik, azlıq hökumətləri, yaxud dərhal təkrar seçki keçirməyin azarkeşi deyillər”, – Berenberg Bank-ın baş iqtisadçısı Holger Schmieding deyib.

“Bir aydır gedən koalisiya danışıqlarının gözlənilməz iflasından sonra indi fərqli tərəflərin reaksiyasını, onların siyasi bazasını izləməliyik”, – o, agentliyə bildirib.

*** Buna da bax: Təhlilçilər Almaniyadakı siyasi böhranı necə görür

SPD MÖVQEYİNİ DƏYİŞSƏ...

12 il hakimiyyətdə olmuş Merkel 24 sentyabr seçkisində təmiz çoxluğu qazana bilməyib, buna ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının elektoratın bir qismini özünə tərəf çəkə bilməsi səbəb olub.

İkinci yeri tutmuş SPD isə kanslerin koalisiya tərəfdaşı olmaqdan imtina edib müxalifətə keçdiyindən Merkel-in durumu qəlizləşib.

Biznes-yönümlü FDP və sola meyllənən Yaşıllarla yeni alyans qurmaqdan ötrü dörd həftə çəkən danışıqlar da bazar ertəsi iflas edib, belə ki, FDP danışıqlardan qəfil çıxıb.

Frank-Walter Steinmeier noyabrın 20-də Berlində mətbuat konfransı keçirib
Frank-Walter Steinmeier noyabrın 20-də Berlində mətbuat konfransı keçirib

Maliyyə bazarları xəbəri tez-tələsik həzm etsə də, ölkənin siyasət aləmi sarsılıb. Müharibədən sonrakı dönəmdə bu ölkədə durum adətən sakit idi, belə siyasi böhran yaranmamışdı...

Əsasən protokol vəzifəsi daşıyan Steinmeier bütün ənənəvi partiyaları mövqelərini bir daha düşünməyə, məsuliyyətlərini unutmamağa səsləyib. SPD də elə prezidentin partiyasıdır.

SPD sədri Martin Schulz dərhal reaksiya verərək Merkel-in mühafizəkarlarıyla “yeni böyük koalisiya yarada bilməyəcəklərini” bildirib.

PROQNOZLAR

Agentlik yazır ki, indi Almaniya həftələr, bəlkə də aylarla siyasi baxımdan iflic qalacaq, “yarımçıq” hökumət ölkə daxilində, yaxud Avropa səhnəsində cəsarətli addım ata bilməyəcək.

*** Buna da bax: Avropada hansı partiyalar Rusiyanın təsiri altındadır

“Avropanın ən güclü iqtisadiyyatının, yaxınlaradək sabitliyin əsas sütununun siyasəti dərin qeyri-müəyyənlik dövrünə daxil olub”, – siyasi riskləri araşdıran Avrasiya Qrupu bildirib.

Qurumun fikrincə, danışıqları bitirdiyinə görə FDP rəhbəri Christian Lindner kəskin tənqidlə üzləşdiyindən, Merkel “yeni seçkidən daha güclü çıxmağa” ümid bəsləyə bilər.

Kansler bazar ertəsi yeni seçkiyə tərəfdar olduğunu deyib. Təkrar seçkinin isə fevraldan qabaq keçiriləcəyi gözlənilmir.

Bir çox şərhçilər düşünürlər ki, FDP-nin qəfil addımı AfD-dən başqa bütün tərəfləri uduzdurub.

Merkel-in Bavariyadakı qardaş partiyası olan CSU-nun baş katibi Andreas Scheuer SPD-dən tələb edib ki, tərslikdən əl çəkib yeni “böyük koalisiya”da birləşmək barədə ciddi düşünsün.

Hazırkı rəy sorğularına görə, yeni seçki yeganə həll kimi görünsə də, durumu dəyişməyə, oxşar nəticələrə gətirə, özəlliklə də ekstremist partiyaların mövqeyini gücləndirə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG