Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 20:47

İlham Əliyev: ‘İnsanlar işlə təmin edilir, amma, vergisini vermir...’


İlham Əliyev və Mehriban Əliyeva Quba “ASAN həyat” kompleksinin açılışında.

«“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür».

Prezident İlham Əliyev bu gün, dekabrın 7-i, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksi kollektivi qarşısında çıxışında belə deyib.

President.az saytı dövlət başçısının həmin çıxışını tam dərc edib.

Ölkə başçısı korrupsiya ilə mübarizədə ən çox effekt verən, ən səmərəli tədbirlərin sistem xarakterli tədbirlər olduğunu ifadə edib.

Buna da bax: ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

“ASAN bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil, O, bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir. Onları təbliğ edir və beləliklə, ictimai həyatda ASAN-ın çox böyük rolu var”, – ölkə başçısı vurğulayıb.

Prezident ASAN-ın Azərbaycanda könüllülər hərəkatına təkan verən qüvvə olduğunu ifadə edib. O, ASAN könüllülərinin Azərbaycanda keçirilmiş mötəbər beynəlxalq yarışlarda, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstərdiyini bildirib.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

İ.Əliyev turizmin durumundan da bəhs edib. Deyib ki, hökumət turizmin inkişafı ilə çox ciddi məşğuldur. Bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb.

“Keçən il 24 faiz artıb. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni ASAN-a tapşırdıq”, – deyən prezident bu addımın effektiv olduğunu bildirib.

Qanunsuz məşğulluqla mübarizə məsələsinə toxunan prezident vurğulayıb ki, Azərbaycanda görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salıb.

Buna da bax: 13 ilə 1 milyon iş yeri, 9 aya 226 min?

“Qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni ASAN-a tapşırandan sonra çox gözəl sistem yaradılıb. Tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlamışdır və beş min böyük rəqəmdir. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var ASAN bu məsələnin həllində ön cəbhədədir”, – İ.Əliyev bildirib.

Buna da bax: “Azərbaycan müəllimləri regionda ən aşağı əməkhaqqı alır”

Prezident İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfər edib.

Ölkə başçısı və onun xanımı, birinci vitse prezident Mehriban Əliyeva rayonda bir sıra obyektlərin, layihələrin açılışına qatılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG