Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 14:00

AzadlıqRadiosu-nun Dumaya girişi yasaqlandı


Moskvada qrafiti

Rusiya Dövlət Duması hökumətin “xarici agent” damğası vurduğu ABŞ media orqanlarının bu quruma daxil olmasının yasaqlanmasına səs verib.

Dekabrın 6-da 413-1 səs çoxluğuyla bu qətnamə qəbul olunub.

Bu o deməkdir ki, Ədliyyə Nazirliyinin dekabrın 5-də xarici agent siyahısına saldığı AzadlıqRadiosu (RFE/RL) və Amerikanın Səsi (VOA) Dumaya buraxılmayacaq.

Hakim Vahid Rusiya partiyasının nəzarətində olan Duma ötən ay qanun qəbul edərək nazirliyə xaricdən maliyyələşən media qurumlarını xarici agent adlandırmaq səlahiyyəti verib.

Birləşmiş Ştatlar, Avropa Birliyi və beynəlxalq media azadlığı və insan haqları qrupları bu qanunu sərt tənqid ediblər.

Rusiya rəsmilərinin sözlərinə görə, bu qanun dövlətin maliyyələşdirdiyi RT telekanalına qarşı atılan addımlara “simmetrik cavab”dır. ABŞ hakimiyyəti RT-ni təbliğat yaymaqda suçlayaraq, ABŞ Xarici Agentlərin Qeydiyyat Aktına (FARA) uyğun qeydiyyatdan keçməsini tələb edib.

ABŞ rəsmiləri isə bu addımı simmetrik saymır, Birləşmiş Ştatlar və Rusiya qanunlarının fərqli olduğunu bildirir. Vaşinqtonun mövqeyincə, Rusiya “xarici agent” qanunvericiliyindən yararlanaraq narazıları susdurur, azad fikir mübadiləsini ruhdan salır.

Dumanın addımından öncə RT-nin ABŞ Konqresində akkreditasiyası ləğv olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG