Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 00:35

Senator hərbçi ailələrini Cənubi Koreyadan çıxarmağa çağırır


Lindsey Graham

ABŞ-ın nüfuzlu senator və Şimali Koreyayla bağlı sərt mövqe tutmuş senator deyir ki, ABŞ ordusu Cənubi Koreyadakı bazalardan hərbçi ailələrini çıxarmağa başlamalıdır. Senator bunu Pxenyanla münasibətlərin gərginləşməsiylə bağlayıb.

Respublikaçı senator Lindsey Graham dekabrın 3-də CBS televiziyasına deyib ki, “Şimali Koreyanın provokasiyasını nəzərə alsaq, hərbçilərin həyat yoldaşları və uşaqları Cənubi Koreyaya göndərmək ağılsızlıqdır”.

“Cənubi Koreyaya tək getmək lazımdır. İstəyirəm ki, ailə üzvlərini oraya göndərməyi dayandırsınlar və məncə, amerikalı ailələrin Cənubi Koreyadan çıxarılmasına başlamaq vaxtıdır”, – senatın silahlı xidmətlər komitəsinin üzvü olan Graham deyib.

Hazırda Birləşmiş Ştatların Cənubi Koreyada 28 min hərbçisi var.

Pxenyan qitələrarası ballistik raketlər sınaqdan keçirdiyindən yarımadada gərginlik artıb.

ABŞ prezidenti Donald Trump-la Şimali Koreya lideri Kim Jong Un bir-birini hərbi tədbirlərlə hədələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG