Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

“ABŞ İranı Suriyadan çıxara bilməyəcək”


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

Birləşmiş Ştatların İranın hərbi müşavirlərini və döyüşçülərini Suriyadan çıxarmaq cəhdləri alınmayacaq. Bunu İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib.

“ABŞ administrasiyasının məqsədi İranı Suriyadan çıxarmaqdır”, – Zarif noyabrın 30-da Romada keçirilən konfransda deyib.

“ABŞ-la Rusiya İranın yerinə qərar verə bilməzlər. Oraya Suriya hökumətinin xahişiylə getmişik”, – Zarif deyib.

*** Buna da bax: OPEC və qeyri-OPEC ölkələri hasilatın ixtisarını 2018-in sonunadək uzatdılar

“Bu bizim regiondur. Burası Fars Körfəzidir, Meksika Körfəzi deyil. Biz heç yerə getmirik”, – Zarif deyib.

İranın Suriyadan çıxmasını ABŞ rəsmiləri Suriya sülh danışıqlarının bir hədəfi kimi ortaya atıb. BMT-nin təşkilatçılığıyla keçirilən danışıqlarda ABŞ-ın bu arqumentini onun regiondakı müttəfiqləri – İsrail və Səudiyyə Ərəbistanı dəstəkləyib.

Rusiya da Assad-ın müttəfiqidir və İranın Suriyada iştirakını dəstəkləyib. Ancaq ABŞ rəsmiləri İranın bu ölkədən çıxarılmasında Rusiyanın dəstəyini qazanacağına ümid edir.

NÜVƏ SAZİŞİNİN GÖZƏLLİYİ

Zarif-in sözlərinə görə, ABŞ prezidenti Donald Trump-ın İrana qarşı yürütdüyü siyasət regiondakı “reallığ”ı nəzərə almır və “həddən artıq təhlükəlidir”.

“Vaşinqtondan gələn siyasətlə problemlərimiz var, məncə, bu siyasət həddən artıq təhlükəli, impulsivdir, reallığa əsaslanmır”, – Zarif deyib.

*** Buna da bax: Zərrab Türkiyənin keçmiş nazirinə milyonlarla dollar rüşvət verdiyini deyir

Nazir Trump-ın 2015-ci il İran nüvə sazişini yenidən razılaşdırmaqla bağlı ümidlərini misal çəkib.

“Bu saziş balans yaradıb. Bizim istədiyimiz bu deyil. Bu, heç ABŞ-ın, Avropanın da istədiyi deyil. Bu, əldə edə bildiyimizdir. Bunun gözəlliyi də ondadır”, – nüvə danışıqlarında İranın nümayəndə heyətinə rəhbərlik etmiş Zarif söyləyib.

“Birləşmiş Ştatların təzyiqi, faktiki olaraq, İranda daha çox həmrəylik yaradıb. Bu gün İranda Trump seçilməmişdən öncəkindən daha az hücuma məruz qalıram. Buna görə ona təşəkkür edirəm”, – Zarif vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG