Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:14

OPEC və qeyri-OPEC ölkələri hasilatın ixtisarını 2018-in sonunadək uzatdılar


Rusiyanın enerji naziri Aleksandr Novak noyabrın 30-da Vyanada keçirilən OPEC iclasında çıxış edir
Rusiyanın enerji naziri Aleksandr Novak noyabrın 30-da Vyanada keçirilən OPEC iclasında çıxış edir

OPEC, Rusiya və başqa qeyri-OPEC ölkələri neft bazarlarında yaranmış izafi xammalı azaltmaq və qiymətləri qaldırmaq məqsədilə hasilat ixtisarının müddətini2018-ci ilin sonunadək uzatmaq barədə razılığa gəliblər.

İran və İraq neft nazirləri noyabrın 30-da jurnalistlərə bildiriblər ki, OPEC və tərəfdaş ölkələr hasilatın ixtisarını daha doqquz ay müddətinə uzatmaq barədə qərar qəbul ediblər.

Hasilatın günə 1, 8 milyon (dünya hasilatının 2 faizi) barrel ixtisarına dair hazırkı razılaşma 2018-ci ilin martında başa çatırdı.

Bununla belə Anqola, İraq və İran da daxil bəzi neft nazirləri neft bazarlarında ixtisarlara görə qıtlıq yaranacağı təqdirdə bu razılaşmanın iyun ayında təkrar qiymətləndirilməsinin mümkünlüyünü qeyd ediblər.

Nazirlərin hasilatın ixtisarını uzatmaq qərarının ardınca Brent markalı neftin qiyməti bir barrel üçün 63 dollardan yüksəyə qalxıb.

Neft qiymətləri 2014-cü ilin ortlarında barreli 100 dollardan çox olmaqla pik nöqtəsinə çatmışdı. Lakin 2016-cı ilin əvvəllərindən qiymətlər 30 dollaradək enmişdi.

Rusiya belə bir narahatlığını da ifadə edib ki, neft qiymətlərinin 2018-ci il boyunca 60 dollardan yuxarı olması ABŞ-dakı şist hasilatına təkan verə və nəticədə qiymətləri yenidən tənəzzülə uğrada bilər.

OPEC üzvü olmayan Rusiya, Qazaxıstan, Azərbaycan və bir sıra başqa ölkələr də neft qiymətlərinin qaldırılması məqsədilə Səudiyyə Ərəbistanı və başqa OPEC üzvləri ilə birlikdə hasilatın ixtisarı razılaşmasına qoşulublar.

2017-ci il ərzində hasilatın ixtisarı qiymətləri 60 dollar həddinə çatdırıb, hərçənd bəzi məqamlarda qiymətlər 50 dollara da düşüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG