Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Avropada müsəlmanlar çoxalır


Belqradda məsciddə namaz qılan müsəlmanlar, arxiv fotosu
Belqradda məsciddə namaz qılan müsəlmanlar, arxiv fotosu

Avropada müsəlmanlar azlıq sayılır, əhalinin cəmi 5%-ni təşkil edirlər. Ancaq Fransa və İsveç kimi ölkələrdə müsəlmanların sayı daha çoxdur. Gələn onilliklərdə qitənin müsəlman əhalisinin iki dəfədən çox artacağı gözlənir. Bunu “Pew” araşdırma mərkəzi bildirir.

Məsələ bundadır ki, son illər Avropaya Suriya və münaqişə gedən digər müsəlmanlar ölkələrindən xeyli qaçqın üz tutub. Bu müsəlman miqrant axını bir çox ölkələrdə immiqrasiya və təhlükəsizlik siyasətiylə bağlı debatlara səbəb olub, müsəlmanların Avropada hazırkı və gələcək sayından dolayı suallar doğurub.

*** Buna da bax: Böyük Britaniyaya beş dəfə keçməyə çalışıblar

Avropanın müsəlman əhalisinin gələn on illərdə necə dəyişəcəyini görməkdən ötrü “Pew” miqrasiyanın gələcək səviyyəsinə uyğun olaraq üç ssenari hazırlayıb.

Hər üç ssenari bir fakta əsasən hazırlanıb: Avropada (Avropa Birliyinin 28 üzvü üstəgəl Norveç və İsveçrə) 2016-cı ilin ortasında 25,8 milyonluq müsəlman (ümumi əhalinin 4,9 faizi) varıydı, 2010-cu ildə isə 19,5 milyonluq müsəlman Avropa əhalisinin 3,8%-ni təşkil edirdi.

Birinci ssenari – Avropaya immiqrasiya dərhal və həmişəlik dayansa, yəni “sıfır miqrasiya” baş versə, Avropadakı müsəlmanların sayı indiki 4,9%-dən 2050-ci ilədək 7,4%-ə çatacaq. Çünki bu müsəlmanlar gəncdirlər və onlarda doğum səviyyəsi avropalılardan yüksəkdir, ortalama bir qadına birdən artıq uşaq düşür.

*** Buna da bax: Bir milyondan çox sığınacaq axtaranla bağlı hələ də qərar verilməyib

İkinci – “orta” miqrasiya ssenarisinə görə, 2016-cı ilin ortasınadək baş vermiş qaçqın axını dayanır, ancaq Avropaya “ardıcıl” miqrasiya qalır, yəni müsəlmanlar sığınacaq almağa deyil, başqa səbəblərdən gəlirlər.

Üçüncü – “yüksək” miqrasiya ssenarisi – Avropaya 2014-2016-cı illərdəki rekord qaçqın axını, əsasən müsəlmanlar olmaqla, davam edir. Bu halda müsəlmanlar 2050-ci ilədək Avropa əhalisinin 14%-nə çata bilərlər. Yəni indiki pay üç dəfə artır, amma yenə də Avropadakı xristianlardan və heç bir dinə inanmayanlardan azlıqda qalırlar.

Araşdırma mərkəzi son bir neçə ilin qaçqın axınını son onillərin orta səviyyəsindən çox yüksək olduğunu qeyd edir. Ancaq Avropa Birliyinin bir sıra ölkələri qaçqın axınını məhdudlaşdırmağa yönəlik addımlar atdığından artıq bu yöndə düşüş yaranıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG