Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:33

Böyük Britaniyaya beş dəfə keçməyə çalışıblar


Fransa polisi "Cəngəlliyi" sökür
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Fransa polisi "Cəngəlliyi" sökür

Bir il bundan öncə Fransada, Kaledə «Cəngəllik» adlı qaçqın düşərgəsini söküblər. Burada qaçqınlar aylarla La-Manş boğazından keçərək Britaniyaya getmək fürsəti gözləyirdilər. Ancaq 21 yaşlı İraq qaçqını deyir ki, düşərgəni sökməklə problem həll olunmayıb. O, həyat yoldaşı və övladıyla çadırda yaşayır və onlar artıq beş dəfə boğazı keçməyə cəhd ediblər, cəhdləri davam etdirəcəklərini deyir.

Sənədlər və məmurlara görə, hər şey qaydasındadır. Bir il öncə ozamankı prezident François Hollande ictimaiyyətin qarşısında miqrantlar üçün nəhəng, kriminal və antisanitar «Cəngəllik»in əvəzinə Kale və qonşu Dyunkerkdə müasir müvəqqəti saxlanma yeri yaradılacağına söz verib.

MİQRANT AXINI DAYANMAYIB

Bir il keçib. Hökumət Avropanın ən böyük miqrant düşərgəsinin ləğvini bəyan etsə də, əslində, La-Manş boğazından keçərək Britaniyaya getmək istəyən qanunsuz miqrant axını dayanmayıb. Boğazın qarşısında isə minlərlə miqrant yaşamaqdadır.

Onların arasında İraqdan gənc bir ailə də var. İraq Kürdüstanından 21 yaşlı Mehmet Ali və nikahsız həyat yoldaşı bir ildən artıqdır ki, meşədə torpağın üstündə yaşayırlar. Onların sadəcə bir arzusu var - qızın anasının yaşadığı İngiltərədə yeni həyata başlamaq.

Ali ingiliscə danışır, peşəsi də var, aşpazdır. Üstəlik, İraqda dəfələrlə müxtəlif aşpazlıq yarışlarının qalibi olub. O, xanımıyla günü sabahdan işə başlamağa hazır olduqlarını deyir.

«Aşpazam və başqaları üçün yemək bişirmək mənə sevinc bəxş edir», – Mehmet deyir.

Ancaq gənclərin tam gün işləyə bilmələri üçün kimsə onların övladına baxmalıdır. Mehmet və ailəsi məhz buna görə artıq beş dəfə İngiltərəyə keçməyə cəhd edib: burada yaşayan yaxınları körpəyə baxacaqlar. Amma hələlik cəhdlər uğursuz olub.

«RƏSMƏN EVLƏNMƏMİŞİK»

Mehmet kimilər çoxdur. La-Manş sahilində yerləşmiş hər iki qaçqından biri Fransadan Britaniyaya, yaxınlarının yanına keçmək icazəsi gözləyir.

Əslən Şimali İraqdan olan Ali və həyat yoldaşı qızın hamilə olduğunu bilən kimi doğma şəhərlərindən qaçıblar.

Mehmet Ali
Mehmet Ali

«Problemim ailə problemidir. Biz rəsmən evlənməmişik, ancaq 10 aylıq uşağımız var. Həyat yoldaşımsa yenə hamilədir. İraq kimi islam ölkələrində uşağın nikahdankənar doğulması mümkün deyil. Qohumlarımız təkcə bizi yox, uşağımızı da öldürməyə hazırdırlar», – Mehmet deyir.

O deyir ki, bürokratik prosedurlar hələlik onların La-Manşı qanuni yolla keçməsinə imkan vermir. Ancaq gələcəyə inanır. Deyir, Fransa hökuməti nə onun ailəsinə, nə də digər qaçqınlara kömək edir. Onlar iş axtarmaqda, uşaqlara qayğı məsələsində kömək görmürlər. Hökumətsə həm də qaçqınların Fransadan Britaniyaya keçməsinə imkan vermir.

1500 QAÇQIN

Kaledə qaçqınlara yardım edən könüllülərin sözlərinə görə, La-Manş sahilindəki bir neçə düşərgədə hazırda bir il öncəki kimi 7-10 min yox, 1500-dək qaçqın yaşayır. Məmurların hesabatlarında bu, müsbət dinamika kimi göstərilsə də, könüllülər və hüquq müdafiəçiləri humanitar fəlakətdən danışırlar.

«Calais Refugees Aid» qrupunun koordinatoru Abid Pervez deyir ki, yalnız bütün dünyadan göndərilən ianələr hesabına qaçqınlara minimum yardım göstərmək mümkün olur. Könüllülər bu ianələrə yemək, paltar və dərman alırlar.

Britaniya və Belçikadan bir çox könüllü ildə bir neçə dəfə hər şeyi – işlərini, ailələrini ataraq, nə hökumətin, nə də yerli sakinlərin yadına düşən miqrantlara köməyə Fransaya gəlirlər.

«Cəngəllik»in sökülməsindən sonrakı bir il ərzində düşərgədə yaşayan 7 min qaçqın Fransanın müxtəlif yerlərində müvəqqəti saxlanma mərkəzlərinə yerləşdirilib. Onların təqribən yarısı artıq Fransada qaçqın statusu alıb. Digər yarısı isə hələ də, bu kürdüstanlı ailə kimi, Fransa hökumətinin qərarını gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG