Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 05:34

Bir milyondan çox sığınacaq axtaranla bağlı hələ də qərar verilməyib


Çexiya miqrant qəbulundansa cərimə ödəməyi üstün tutur
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Çexiya miqrant qəbulundansa cərimə ödəməyi üstün tutur

2015-2016-cı illərdə Avropada sığınacaq üçün müraciət etmiş 1.1 milyon nəfər ötən il dekabrın 31-dək hələ də bilmirdilər ki, onlara burada qalmağa icazə veriləcək, ya yox.

Bunu «Pew» tədqiqat mərkəzinin keçirdiyi sorğu üzə çıxarıb. Mərkəz araşdırmanı hökumətlərin verdiyi informasiyaya əsasən aparıb.

«Havada qalanlar» Avropa Birliyi, Norveç və İsveçrəyə ön böyük qaçqın axını zamanı sığınacaq üçün müraciət etmiş 2.2 milyon nəfərin yarısıdır (52%).

Birinci dəfə – 2015-ci ildə AB ölkələri, Norveç və İsveçrədə 1.3 milyon nəfər, 2016-cı ildə isə 1.2 milyon nəfər sığınacaq üçün müraciət edib. Ümumilikdə, son iki ildəki ərizələr 1980-ci illərin ortalarından bəri Avropaya sığınacaq müraciətlərinin 20%-ni təşkil edir. Yəni bu, İkinci Dünya müharibəsindən bəri qitəyə üz tutan ən böyük miqrant dalğası idi. Ən çox gələnlər Suriya, Əfqanıstan və İraqdan olub. 2015-16-cı illər ərizəçilərinin 53%-i məhz münaqişə gedən bu ölkələrdən gəlib.

Araşdırma üzə çıxarıb ki, 2016-cı ilin sonunadək sığınacaq müraciətinə cavab gözləyənlərin üçdə ikisi (760 min nəfər) hələ də işiylə bağlı qərar gözləyib. Üçdə biri isə (385 minə yaxın) ilkin rədd cavabından şikayət verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG