Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 11:50

Kredit zəmanət fondunun nizamnaməsi təsdiq edildi


Arxiv fotosu

Bu gün, noyabrın 29-u prezident İlham Əliyev Kredit Zəmanət Fondu Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Kredit Zəmanət Fondu ASC-nin nizamnaməsi və strukturu təsdiq edilib.

Sənədlə həmçinin, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”, “Kredit Zəmanət Fondu” ASC-nin kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” təsdiq edilib. Habelə, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” da müəyyən edilib.

Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

Fərmana görə, subsidiyaları sahibkarlar 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verməlidirlər.

Nazirlər Kabinetinə tapşırılır ki, prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər üç ay müddətində hazırlanıb dövlət başçısına təqdim edilməlidir.

Habelə, fərmandan irəli gələn bir sıra vəzifələrin icrası ilə bağlı bəzi nazirliklərə də əlavə tapşırıqlar verilir.

Buna da bax:​ İlham Əliyev: 'Bizim heç bir maliyyə problemimiz yoxdur'

Prezident İlham Əliyev bu il sentyabrın 15-də Azərbaycan Kredit Zəmanət Fondunun yaradılması ilə bağlı sərəncam verib.

Sənədin sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə verildiyi bəyan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG