Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:37

Kadyrov deyir, getmək vaxtı çatıb- YENİLƏNİB


Ramzan Kadyrov, arxiv fotosu
Ramzan Kadyrov, arxiv fotosu

Kreml deyir ki, Ramzan Kadyrov vəzifəsində qalacaq.

“Ramzan respublikanın başçısı vəzifəsində qalır”, – Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib.

Peskov-un sözlərinə görə, Kadyrov Rusiya prezidenti Vladimir Putin-ə sadiqdir və “ölkə prezidentinin ondan xahiş etdiyi istənilən vəzifədə işləyəcək”.

“O, başqa söz deməyib. Belə davam edirik. O, vəzifəsində qalır”, – Peskov vurğulayıb.

***

Rusiyanın Çeçenistan respublikasının lideri Ramzan Kadyrov deyir ki, kənara çəkilmək vaxtı çatıb.

“Nə vaxtsa mənim kimi adamların vuruşmasına, asayiş yaratmasına ehtiyac vardı. İndi asayişimiz var”, – Kadyrov noyabrın 26-da “Rossiya 1” televiziyasının yayımladığı müsahibədə söyləyib.

41 yaşlı Kadyrov deyir ki, varisi Kremlin sərəncamında olacaq və “bu işi yaxşı görə biləcək bir neçə nəfər var”.

O, istefa verdiyini söyləməyib, Kremldən də, hələlik, bu haqda açıqlama gəlməyib.

*** Buna da bax: Çeçenistanda boşananları qovuşdururlar – 'uşaqların xətrinə'

Kadyrov daha öncə də Çeçenistan lideri kimi əvəzlənməsinin vaxtı çatdığını demişdi.

2007-ci ilin fevralında, Kadyrov 30 yaşına çatınca Rusiya prezidenti Vladimir Putin onu Çeçenistana rəhbər təyin edib. O, 2016-cı ilin sentyabrında daha beş il müddətinə prezident seçilib.

İTTİHAMLAR VƏ NEMTSOV-UN QƏTLİ

İnsan haqları qrupları və tənqidçilər Kadyrovu və onun yarıhərbi qüvvələrini ciddi insan haqları pozuntularına görə ittiham edirlər. Onlar adam oğurluğu, işgəncə, məhkəmədənkənar qətllərdə suçlanırlar. Kadyrov son vaxtlar homoseksuallara təzyiqlərə görə də beynəlxalq ictimaiyyət tərəfindən qınanıb.

*** Buna da bax: Çeçenistanda işgəncələrə məruz qalan “gey” adını açıqlayıb

Çeçenistan lideri ittihamları rədd edib.

Kadyrov müsahibəsində onu da deyib ki, 2015-ci ildə Rusiyada müxalifətçi siyasətçi Boris Nemtsovun qətlində beş çeçenistanlının günahsız olmasına “çox əmindir”.

“Məndə olan məlumata görə, bu adamlar tamamilə günahsızdırlar. Kiməsə işi bağlamaq, günahkarlarını tapıldığını bəyan etmək lazım idi”, – o deyib.

Kadyrov detalları açıqlamayıb.

Putin-in və Kadyrov-un sərt tənqidçisi olan Nemtsov 2015-ci ilin fevralında Kremlin yaxınlığındakı körpü üzərində arxadan güllələnib.

İyulda Moskva məhkəməsi Zaur Dadayev və daha dörd nəfəri bu qətldə təqsirli bilərək 11 ildən 20 ilədək həbsə məhkum edib.

Nemtsov-un qohumları və dostları bu qətlə daha yüksək səviyyədə sifariş verildiyini deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG