Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:17

Çeçenistanda işgəncələrə məruz qalan “gey” adını açıqlayıb


Chechen police

Çeçenistanda işgəncələrə məruz qalan və adını deyən ilk “gey” Rusiyanın İstintaq Komitəsi-nə müraciət edib.

Maksim Lapunov cinsi azlıqların Çeçenistanda işgəncələrə məruz qalması faktı ilə bağlı araşdırma aparılmasını tələb edir.

O bunu, “Novaya qazeta”nın redaksiyasında təşkil olunmuş mətbuat konfransında deyib.

Qəzetin yazdığına görə, Lapunov Çeçenistanda iki il yaşayıb və kiçik bizneslə məşğul olub.

Onun sözlərinə görə bu ilin martında tutub və “gizli həbsxana”lardan birində saxlayıblar.

Qəzet hesab edir ki, bu həbsxana Çeçenistan daxili işlər nazirliyinin cinayət-axtarış idarəsində yerləşir.

Lapunovun sözlərinə görə, ona işgəncə verərək tanıdığı “gey”lərin adlarını deməyi tələb ediblər.

Sonda onu buraxıblar.

Lapunov deyir ki, ona görə azad olunub ki, sxalanmasının xüyli şahidi varmış, həmçinin Perm diyarından olan qohumları onu axtarışa veriblərmiş.

“Novaya qazeta” bu ilin aprelində Çeçenistanda cinsi azlıqların kütləvi həbsi, onlara işgəncələr verilməsi və öldürülməsi barədə məlumat yayıb.

Büynəlxalq təşkilatlar, ABŞ, Avropa Birliyi və digər ölkəlkər Rusiya hakimiyyətini məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırırlar.

Çeçenistan lideri Ramzan Kadyrov bütün ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG