Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:23

Noyabrın 25-i səhər saatlarında Bakının Qobu qəsəbəsinin sakinlərinin bu yaşayış məntəqəsinə qaz verilməsinin tez-tez dayandırılmasına etiraz olaraq aksiya keçirdikləri bildirilir.

Bu barədə AzadlıqRadiosu-na yerli sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, qəsəbəyə həftələrdir qaz fasilələrlə verilir:

“Gündüz bir-iki saat qaz verilir, axşam oldumu, ya soyuqlar düşdümü qaz kəsilir, təzyiq olmur. Yemək bişirməyə belə yetmir. Bununla bağlı hara, kimə müraciət ediriksə, cavab verən yoxdur. Bizə izah etmirlər ki, bu problemin səbəbi nədir?. 20 mindən çox əhalisi olan qəsəbə qaz istehsalçısı olan ölkədə qaz problemi yaşayır”.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Sakinlər vurğulayıblar ki, bəzi evlərdə körpələr, yaşlı insanlar var. Rəsmi qurumlar bunu nəzərə almalıdırlar:

“İndi də qəti tələb qoysaq adımızı “dövlətə qarşı” çıxanlar qoyacaqlar. Daha deməyəcəklər ki, bu etiraz qəsəbəni qazla təmin edə bilməyən aidiyyatı qurumların başçılarının səriştəsizliklərinin nəticəsidir. Özümüz də bilmirik nə edək. Axı bir insanlara cavab verərlər, izah edərlər ki, bu problem niyə yaranır? Bizə isə heç nə demirlər. İzah etmirlər ki, niyə biz bu problemi yaşmalıyıq”.

Buna da bax: Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'

Qobu qəsəbəsinin sakinlərinin narazılığı ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin və qaz istismar idarəsinin də mövqeyini öyrənmək istədik. Ancaq dəfələrlə cəhd etsək də, hələlik, bu qurumlardan məsələyə münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG