Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:49

Azərbaycan Silahlı Qüvvələrində yeni silahlı birləşmələrin yaradılacağı bildirilir.

APA-nın xəbərinə görə, bu, yenidən hazırlanan «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Qanun layihəsinin 1.0.3 maddəsində əksini tapıb.

Maddədə bildirilir ki, «Azərbaycanın başqa silahlı birləşmələri – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla, bu qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanlarına daxil olan qurumlardır. Başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və ya onların strukturuna daxil olan qurumların siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir».

Qanun layihəsi dekabrın 1-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmalıdır.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə deyib ki, yeni qanun layihəsi Azərbaycanda Silahlı Qüvvələrin reyestrini müəyyənləşdirir:

«Qanun layihəsində göstərilir ki, ölkədə hansı növ silahlı qüvvə birləşməsi formalaşdırıla bilər».

«Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» mövcud qanun 1991-ci ildə qəbul olunub və 10 maddədən ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG