Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:29

Noyabrın 24-ü Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə 2-7, gündüz 9-13 dərəcə isti , dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.

Nazirlik həmçinin bildirir ki, noyabrın 25-i gündüzədək qeyri-sabit hava şəraiti davam edəcək, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG