Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:17

Gələn ildən Azərbaycana qızılgül və qərənfil idxalına yeni gömrük rüsumları tətbiq ediləcəyi bildirilir.

Nazirlər Kabinetinin bununla bağlı “Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiqlədiyi qeyd edilir.

Buna da bax: Gömrük illik planı 10 aya doldurub

APA-nın məlumatına görə, hazırda bu məsələ “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” ilə tənzimlənir. Həmin sənədə əsasən qızılgülə gömrük dəyərinin 15 faizi dəyərində gömrük idxal rüsumu tətbiq edilir. Qərənfil idxalı isə gömrük idxal rüsumundan azaddır.

Gələn il yanvarın 1-dən isə qızılgül və qərənfilin 1 kiloqramından ötrü 1 dollar gömrük idxal rüsumu alınacağı bildirilir.

Bəzi ekspertlərə görə, bu həmin güllərin bahalaşmasına səbəb ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG