Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:35

Gömrük illik planı 10 aya doldurub


Astara gömrüyü

Dövlət Gömrük Komitəsinin (DGK) gömrük ödənişləri ilə bağlı illik proqnozu icra etdiyi deyilir.

Komitənin mətbuat xidməti bildirir ki, 2017-ci il üzrə 2.25 mlrd. manat illik büdcə öhdəliyi müəyyən olunub. 2017-ci il noyabrın 16-na faktiki olaraq 2.3 mlrd. manat gömrük ödənişləri toplanıb və dövlət büdcəsinə köçürülüb. Bununla da illik büdcə öhdəliyinin vaxtından əvvəl, həm də 50 milyon manat artıq yerinə yetirildiyi bildirilir.

Komitə bildirir ki, 2017-ci il noyabrın 16-dək idxal əməliyyatlarının həcmi 7.341 mlrd. dollar olub. Bu göstərici ötən ilin uyğun dövründəkindən 18.9 mln. dollar azdır.

Ancaq komitə vurğulayır ki, noyabrın 16-dək dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 355.5 mln. manat artıq gömrük ödənişinin yığılaraq köçürülməsi təmin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG