Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:41

Lukashenka Şərq Tərəfdaşlığı sammitinə getmir


Alyaksandr Lukashenka

Belarus bildirir ki, prezident Alyaksandr Lukashenka noyabrın 24-də Brüsseldə keçiriləcək Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitinə qatılmayacaq.

Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Shuplyak noyabrın 21-də deyib ki, sammitdə Belarusun nümayəndə heyətinə xarici işlər naziri Uladzimer Makey rəhbərlik edəcək.

*** Buna da bax: Azərbaycan və Ermənistan bəyannamənin 'bir bəndinə' görə mübahisə edirlər​

DƏVƏT OLUNUB, AMMA GETMİR

AB-dəki mənbələr oktyabrda AzadAvropa/AzadlıqRadiosuna demişdilər ki, blok ilk dəfə olaraq Lukashenka-nı da Şərq Tərəfdaşlığı sammitinə “məhdudiyyətsiz” dəvət edib – yəni digər üzvlər Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna liderləri kimi.

Öncəki dörd sammitdən qabaq AB aydın şəkildə deyirdi ki, Belarusu 23 il idarə etmiş, Qərbin bəzi rəsmilərinin “Avropanın sonuncu diktatoru” adlandırdığı Lukashenka-nı toplantıda görmək istəmirlər.

2015-ci ildə Riqada keçirilən sonuncu sammitdə də Minki Makey təmsil edirdi.

AB Şərq Tərəfdaşlığını 2009-cu ildə başladıb. Məqsəd Şərqi Avropa və Cənubi Qafqazın altı ölkəsində iqtisadi inteqrasiyanı və Avropa dəyərlərini irəlilətməkdir.

1994-cü ildən prezident postunda olan Lukashenka 2015-ci ildə beşinci müddətə seçilib. Qərb müşahidəçiləri bu seçkinin azad və ədalətli keçirilmədiyini bildiriblər.

*** Buna da bax: Nazir müavini AB ilə bu il sazişin imzalanacağını real saymır​

SANKSİYALAR

AB 2004-cü ildə bu ölkəylə bağlı məhdudlaşdırıcı tədbirlərə əl atıb. Səbəb iki müxalifətçinin, bir biznesmenin və bir jurnalistin yoxa çıxmasının araşdırılmaması idi.

2010-cu ilin dekabrındakı prezident seçkisindən sonra ölkədə baş verən təzyiqlərlə əlaqədar AB Şurası əlavə sanksiyalar qəbul elədi.

Ancaq 2016-cı ilin fevralında AB Belarusa sanksiyaların çoxunu qaldırıb. Sanksiyalar Lukashenka və digər yüksəkçinli rəsmilər daxil olmaqla 170 belarusluya viza qadağası və bank hesablarının dondurulmasnı, 14 şirkətə qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tuturdu.

AB sanksiyaların qaldırılmasını “2016-cı il avqustun 22-də Belarusda bütün siyasi məhbusların buraxılması, AB-Belarus münasibətlərinin yaxşılaşması” ilə izah edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG