Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 12:20

Azərbaycan və Ermənistan bəyannamənin 'bir bəndinə' görə mübahisə edirlər


Azerbaijan -- Nagorno-Karabakh Map
Azerbaijan -- Nagorno-Karabakh Map

AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak yazır ki, gələn həftə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində elan ediləcək potensial birgə bəyanatın bir paraqrafının mətninə görə Ermənistan və Azərbaycan arasında mübahisə yaranıb.

Adlarının çəkilməsini istəməyən Avropa diplomatları noyabrın 16-da AzadlıqRadiosuna deyiblər ki, Avropa İttifaqı noyabrın 24-də keçiriləcək “şərq qonşuluğu” yekun bəyannaməsində spesifik olaraq müxtəlif münaqişələrin adları ilə qeyd edilməsini istəmirdi.

Təklif olunan mətn belə idi: “Sammit iştirakçıları regiondakı münaqişələrin beynəlxalq norma və prinsiplərə uyğun şəkildə çözümü üçün yeni səylərə çağırırlar”.

Bundan başqa bəyənatda deyilir ki, “münaqişələrin həlli - qarşılıqlı etimadın və yaxşı qonşuluğun bərqərar edilməsi, iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün mühüm faktorlardır”.

Avropa İttifaqının diplomatik mənbələrindən AzadlıqRadiosuna verilən məlumata görə, Ermənistan və Azərbaycan bu bəyannamənin mətnindəki paraqraflardan birinə qarşılıqlı ziddiyyət təşkil edən cümlələrin əlavə edilməsini istəyirdilər.

Həmin mənbələrin məlumatına görə sonunda bu paraqrafın açıq saxlanması və onun sammit başlanarkən liderlərin müzakirəsinə verilməsi barədə razılıq əldə edilib.

Avropa İttifaqı diplomatik mənbələrinin məlumatına əsasən rəsmilər Şərq Tərəfdaşlığının 2015-ci ildə Riqada keçirilmiş sammitində baş verənlərin təkrar olunacağından ehtiyat edirlər.

O vaxt mətnə dair mübahisələr yekun bəyannaməsini bir neçə saat ləngitmişdi.

Şərq Tərəfdaşlığı 2009-cu ildə 6 keçmiş sovet respublikasının Avropa İttifaqı ilə münasibətlərinin dərinləşdirilməsi məqsədilə yaradılıb. Bu bloka Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildirlər.

Diplomatlar AzadlıqRadiosuna bildiriblər ki, Avropa İttifaqının 28 üzvü Şərq Tərəfdaşlığı sammiti bəyannaməsinin mətni barəsində hələ oktyabrın əvvəllərində razılığa gəlmişdilər.

Razılaşdırılmayan yeganə paraqraf Dağlıq Qarabağ münaqişəsinə aid idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG