Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:50

Nazir müavini AB ilə bu il sazişin imzalanacağını real saymır


Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev

«Düşünürəm ki, çalışsaq, gələn il ərzində Avropa Birliyi ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqları bitirmək olar».

Bunu APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, saziş üzrə növbəti görüş noyabrın 27-28-də olacaq:

«Görüş siyasi və təhlükəsizlik məsələləri bloku üzrə olacaq. Ardınca videokonfrans ola bilər. Sonra hamı istirahətə gedir. İnanmıram ki, ilin sonunadək sazişi razılaşdırmaq olar, bu, real görünmür. Orada bir neçə ciddi məsələ var. Ticarət, investisiya, sektoral, siyasi və təhlükəsizlik kimi ciddi bloklar müzakirə olunur».

Diplomat qeyd edib ki, Azərbaycan tərəfi sazişin adı ilə bağlı məsələni hələ qaldırmır:

«Hər iki tərəf adla bağlı öz versiyasını irəli sürüb. İstəyirik ki, bu, vacib, hərtərəfli və dərin saziş olsun. Adının müəyyənləşməsi ilə bağlı sonuncu mərhələdə danışmaq olar».

Azərbaycanın Avropaya inteqrasiyasına nə mane olur?
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Noyabrın sonunda prezident İlham Əliyev Avropa Birliyinin baş qərargahının yerləşdiyi Brüsselə səfər edəcək. Səfər zamanı əməkdaşlıq sazişi ilə bağlı önəmli yeniliklərin ola biləcəyi güman edilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG