Keçid linkləri

2025, 15 Mart, şənbə, Bakı vaxtı 20:42

Rusiyapərəst prezident Putin-lə görüşəcək


Milos Zeman
Milos Zeman

Çexiya prezidenti Milos Zeman noyabrın 20-də Qara Dəniz sahilindəki Soçi şəhərinə gedəcək. Bir gün sonra onun rusiyalı həmkarı Vladimir Putin-lə danışıqları planlaşdırılır.

Çexiyanın rusiyapərəst liderinin dörd-günlük səfərinə Moskvaya səfər də daxildir. O, baş nazir Dmitry Medvedev-lə görüşəcək, Rusiya-Çex Biznes forumunda çıxış edəcək. Foruma Çexiyadan 130-dək şirkət rəhbəri də qatılacaq.

*** Buna da bax: Prezident jurnalistlərə yalançı avtomat tuşlayıb

PREZİDENTİN FƏRQLİ TƏFLİFLƏRİ

Zeman-ın noyabrın 22-də keçmiş sovet lideri Mikhail Gorbachev-lə nahar edəcəyi gözlənir.

Zeman-ın vəzifəsi daha çox protokol xarakterli olsa da, onun əvvəllər Rusiya və Putin-ə dəstək sərgiləməsi Çexiya hökuməti, eləcə də Qərb müttəfiqləri arasında narahatlıq yaradıb.

Onun Qərbin Ukraynaya təcavüzə görə Rusiyaya qoyduğu sanksiyaların səmərəsini sual etməsi Kiyevi qəzəbləndirib.

Zeman 2014-cü ildə Moskvanın Ukraynanın Krım regionunu “fait accompli” adlandırıb və deyib ki, Rusiyanın Ukraynaya qaz, neft və pulla kompensasiya verməsiylə bağlı dialoq aparılmalıdır.

O, Çexiya hökumətini Avropa Birliyi və NATO-ya üzvlüyə dair referendum keçirməyə çağırsa da, buna nail olmayıb, onu da deyib ki, hər iki qurumda qalmağa tərəfdardır, sadəcə, vətəndaşlara seçim vermək istəyir.

*** Buna da bax: Kreml Çexiya prezidentinin Krıma görə təzminat ideyasına cavab verdi​

ABŞ-I TƏNQİD EDİB, RUSİYANI ALQIŞLAYIB

Zeman 2016-cı ildə Birləşmiş Ştatları Suriyanın vətəndaş müharibəsinə “qanunsuz” müdaxiləyə görə sərt tənqid edib, Rusiyanın isə bu ölkədəki “antiterror kampaniyasını” alqışlayıb.

Zeman Donald Trump-ı ABŞ prezidentliyi uğrunda apardığı kampaniyada dəstəkləyən azsaylı Avropa liderlərindən olub. Onun müsəlman mühacirlərə qarşı ritorikası və mediaya hücumları qalmaqal yaradıb.

Rusiyaya səfər Zeman-ın ilk beşillik prezidentliyi müddətində son xarici səyahətlərindəndir. Onun vəzifə müddəti gələn yazda bitir, ancaq 2018-ci ilin yanvarında keçiriləcək prezident seçkisində namizədliyini bir daha verəcəyi gözlənir.

Bu yaxınlarda keçirilmiş rəy sorğusu Zeman-ın səslərin 41,5 faizini toplayacağını, alim Jiri Drahos-un isə 30,5 faiz alacağını üzə çıxarıb.

XS
SM
MD
LG