Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 20:27

Kreml Çexiya prezidentinin Krıma görə təzminat ideyasına cavab verdi


Milos Zeman

“Rusiya Krıma görə Ukraynaya təzminat ödəməyə hazırlaşmır”.

RİA Novosti-nin məlumatına görə, bunu oktyabrın 13-də jurnalistlərə Kremlin sözçüsü Dimitri Pekskov, Çexiya prezidenti Milos Zemanın bu günlərdə Avropa Parlamentində dediklərinə münasibət bildirərkən deyib.

Peskov bildirib ki, heç bir halda ilhaq və ya təzminatdan söhbət də gedə bilməz.

Zeman ötən çərşənbə axşamı Avropa Parlamentində çıxış edərkən deyib ki, bəli, Krım ilhaqdır, amma Rusiya ilə Ukrayna bunu dialoq yolu ilə həll edə bilərlər, məsələn Rusiya Ukraynaya təzminat ödəyə bilər.

Milos Zemanın bu çıxışı ukraynalı siyasətçilərin qəzəbinə səbəb olub, çexiyalı deputatlar isə bunu təcavüzün legitimləşdirilməsi adlandırıb və öz ölkəsinin xarici siyasətinə hörmətlə yanaşmağa çağırıblar.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki münaqişəyə görə Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG