Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:34

Mugabe televiziya çıxışında istefadan danışmayıb

Zimbabvelilər Robert Mugabe-nin çıxışını izləyir

Zimbabve prezidenti Robert Mugabe partiyası partiyası tərəfindən vəzifədən kənarlaşdırılandan bir neçə saat sonra televiziyayla çıxış edib. Amma onun istefadan danışmaması bir çox rəsmiləri və vətəndaşları şoka salıb.

93 yaşlı Mugabe-nin ZANU-PF partiyasının liderlərin noyabrın 19-da mediaya demişdilər ki, prezident televiziyayla xalqa müraciətində istefasını elan edəcək.

Ancaq prezident sarayından çıxış edən Mugabe istefa məsələsinə toxunmayıb.

Bu arada on minlərlə adam paytaxt Harare küçələrinə çıxaraq illərdir davam edən iqtisadi çətinliklərə, insan haqları pozuntularına etirazlarını bildiriblər.

Noyabrın 15-də ordu qansız çevrilişlə hakimiyyəti ələ alıb, prezidenti ev dustağı edib, ətrafındakıları saxlayıb.

Bundan öncə Mugabe vitse-prezident Emmerson Mnangagwa-nı vəzifədən kənarlaşdırmışdı. Bununla da həyat yoldaşı, 52 yaşlı Grace Mugabe ərini əvəzləməyə əsas namizəd sayıldı.

ZANU-PF noyabrın 19-da keçirilmiş fövqəladə toplantısında Mugabe-ni vəzifədən kənarlaşdırıb, arvadını da partiyadan çıxarıb və Mnangagwa Mugabe-nin varisi elan olunub.

Partiya lideri Mugabe-nin çıxışından sonra deyib ki, prezidentin “impiçment məsələsini irəlilətməkdən başqa yolumuz qaldığını görmürəm”.

Günün bütün mövzuları

XS
SM
MD
LG